Dünya

Çubaysın hazırki vəziyyəti bəlli oldu

Rusiya Federasiyası Prezidentinin keçmiş xüsusi nümayəndəsi, səhhəti pisləşdiyi üçün İtaliya klinikalarından birinə aparılan “Rosnano” şirkətinin keçmiş rəhbəri Anatoli Çubaysın vəziyyəti stabildir. Keçmiş rusiyalı məmura yaxın mənbənin sözlərinə görə, o, yeriyə və danışa bilir. Mənbə onu da bildirib ki, Çubays zəhərləndiyini düşünmür. Qeyd edək ki, Çubaysın vəziyyəti Sardiniyadakı Kosta Smeralda kurortunda istirahət edərkən piləşib. Mənbə: TASS […]

Mədəniyyət

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün […]

Cəmiyyət

Bakıda yaşlı qadını avtomobil iki dəfə vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub. Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub. Yaralı ağır vəziyyətdə […]

Dünya

Fransa Rusiyanın 1,2 milyard avroluq aktivlərini dondurdu

Fransada Rusiya Mərkəzi Bankının vəsaitlərindən əlavə, bu ölkəyə məxsus daha 1,2 milyard avro məbləğində aktivlər dondurulub. Bunu Fransa Maliyyə və İqtisadiyyat Nazirliyinin nəzdində kəşfiyyat və qanunsuz maliyyə sxemlərinə qarşı mübarizə şöbəsinin rəhbəri Qiyom Valet-Valla bildirib. “Rusiya Mərkəzi Bankının aktivlərini nəzərə almasaq, dondurulmuş Rusiya aktivlərinin məbləği 1,2 milyard avro təşkil edir”, – deyə o, bəyan edib. […]

Dünya

Buraxılış imtahanlarında uğur qazanan misirli tələbə “sevincindən” öldü

Misirdə universitet məzunu buraxılış imtahanlarının cavabını aldıqdan sonra vəfat edib. 22 yaşlı gənc Cənub Vadisi Universitetinin təbiət elmləri fakültəsinin tələbəsi olub.  Gənc imtahanların cavabları yazılmış zərfi açanda bütün sınaqlardan uğurla keçdiyini görərək çox sevinib, lakin eyni anda da sinəsində qəfil ağrı hiss edib. O, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər tələbəyə ürək tutması diaqnozu qoyub və o, […]

Dünya

Son 60 ildə adambaşına düşən meşə sahəsi üç dəfə azalıb

1960-cı ildən bəri dünyada meşə sahəsi 81,7 milyon hektar (adambaşına nisbətdə 60%) azalıb. Bu qənaətə yapon alimləri torpaqdan istifadə ilə bağlı qlobal məlumatları təhlil etdikdən sonra gəliblər. Onların fikrincə, belə hal ekosistemləri və insanların rifahını təhdid edir. “Meşələrin daimi itkisi və deqradasiyası ekosistemlərin bütövlüyünə təsir edir, onların biomüxtəlifliyi dəstəkləmək qabiliyyətini azaldır. Bu, həmçinin bütün dünyada, […]

Mədəniyyət

Uşaqların sevimlisi olmuş “Ələkbər əmi”nin anım günüdür

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynovun anım günüdür. Oxu.Az xəbər verir ki, o, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan […]

Dünya

56 yaşlı supermodel qısa ətəkli paltarda – FOTO

Amerikalı supermodel Sindi Krouford tətildən qısa ətəkli paltar geyindiyi fotosunu nümayiş etdirib. Podium ulduzu şəkli sosial şəbəkədə pərəstişkarları ilə paylaşıb. Yeni tətil fotosunda 56 yaşlı Krouford əri Rande Gerberlə görüntülənib. Supermodel “Gerber adasına xoş gəlmisiniz” deyə paylaşımını şərh edib. Xeberal.az

Dünya

Səyahətçini çantasındakı yeməyə görə 1874 dollar cərimələdilər

İndoneziyanın Bali kurortundan vətəninə qayıdan avstraliyalı 1874 dollar cərimə olunduğunu bildirib. O, “McDonald’s”dan aldığı səhər yeməyinin əl baqajında olduğunu bəyan etməyib. Səyahətçinin çamadanından iki ədəd kolbasa və vetçinalı kruasan aşkar edilib. Qeyd edək ki, Avstraliya belə ciddi təhlükəsizlik tədbirlərini İndoneziyada epidemioloji vəziyyətin pisləşməsindən sonra tətbiq edib. Belə ki, bu yaxınlarda ada ölkəsində dabaq xəstəliyi yayılıb. […]

Dünya

Timsah qohumlarının gözü qarşısında qadını parçaladı – FOTO

Malayziyanın Kinabatanqan şəhərində ailəsi ilə çayın sahilində balıq tutan qadını timsah parçalayıb. Yırtıcı 32 yaşlı Norsila Sayonqa qohumlarının gözü qarşısında hücum edib. Onu timsahın ağzından qoparmağa çalışsalar da, alınmayıb. Mərhumun meyiti sonuncu dəfə göründüyü yerdən 800 metr aralıda tapılıb. Xilasedicilər qalıqları çaydan çıxarıb və müayinə olunmaq üçün polisə təhvil veriblər. Mənbə: lenta.ru Xeberal.az