Dünya

Bağdad parlamenti yaxınlığında çadır şəhərciyi quruldu

Radikal şiə imam Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın mərkəzində hökumətin “yaşıl zona”sında yerləşən İraq Nümayəndələr Şurasının (parlament) binası yaxınlığında çadır düşərgəsi qurublar. Etirazçıların sözçüsü İbrahim əl-Cəbari bildirib ki, şənbə günü parlament sarayını zəbt edən nümayişçilər “bütün tələbləri yerinə yetirilənə qədər oranı tərk etmək niyyətində deyillər”. Onun sözlərinə görə, nümayişçilər üçün əsas məsələ “qanunverici orqanın buraxılması və […]

İdman

“Qalatasaray” yoldaşlıq oyununda “Fiorentina”ya qalib gəldi – VİDEO

Komandalar mövsümöncəsi yoldaşlıq oyunlarında güclərini sınamağa davam edirlər. Belə matçlardan biri də Avstriyada baş tutub. Bu ölkədə keçirdikləri təlim-məşq toplanışı çərçivəsində “Qalatasaray”la “Fiorentina” üz-üzə gəlib. İstanbul nəhəngi ilk hissəni iki cavabsız qolla öndə bitirib. İtaliyalıların gücü ikinci hissədə bir qola çatıb. Qarşılaşmanın qollarını təqdim edirik: Xeberal.az

Dünya

PKK Suriyada 16 media əməkdaşını saxlayıb

Terror təşkilatı YPG/PKK Suriyanın şərqindəki Rakka vilayətində 16 yerli media işçisini saxlayıb. Onlardan bəzilərinin evlərinə basqın edilib. Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) verdiyi açıqlamaya görə, terrorçular Suriya Demokratik Qüvvələri adından istifadə ediblər. Mətbuat işçilərinin casusluq iddihamı ilə saxlandığı bildirilib. Mənbə: TRT Xeberal.az

Cəmiyyət

Ölkə ərazisində faktiki hava durumu AÇIQLANIB – Yağış, leysan, külək…

Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb. Bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda (Quba-red.) şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub. Qeyd edilib […]

Dünya

Hindistanda meymunçiçəyindən ilk ölüm qeydə alındı

Bir neçə gün əvvəl BƏƏ-dən gələn Hindistanın Kerala əyalətinin 22 yaşlı sakini meymunçiçəyi xəstəliyindən ölüb. Bu, ölkədə ilk, Afrikadan kənarda isə dördüncü ölüm hadisəsini olub. BƏƏ-dən gəldikdən dərhal sonra xəstə aktiv həyat tərzi keçirib və heç nədən şikayət etməyib. Lakin iyulun 26-da qızdırması qalxdığı üçün həkimə müraciət edib. Qeyd edək ki, Hindistanda meymunçiçəyinə ilk yoluxma […]

Dünya

Tom Kruzun qızı anasının filmində müğənni kimi debüt etdi

Hollivud aktyoru Tom Kruzun 16 yaşlı qızı Suri anası Keti Holmsun filmində müğənni kimi debüt edib. Aktrisa “Alone Together” romantik komediyasını lentə alıb. Suri isə filmin saundtrekini ifa edib. “Qızım çox istedadlıdır. Lakin Suri hələ müğənni karyerası haqda düşünmür. O, hələ orta məktəbdə oxuyur”, – filmin rejissoru olan Holms bildirib. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

Niderland sakinləri kütləvi şəkildə odun yığmağa başlayıblar

Niderland sakinləri qazın qiymətinin artması səbəbindən kütləvi şəkildə odun almağa başlayıblar. Təchizatçıların sözlərinə görə, ölkədə odun ehtiyatı yayın sonunadək tamamilə tükənə bilər. Halbuki əvvəllər müştərilər yalnız sentyabr ayında bu məhsulu sifariş verməyə başlayırdılar. Kütləvi tələbat fonunda ölkədə odunun qiyməti də ötən illə müqayisədə 50 avro bahalaşıb. Qeyd edək ki, Niderland qazın qiymətinə görə Avropada İsveçdən […]

Dünya

Britni Spirsin memuarlarının nəşri kağız çatışmazlığına görə yubanır

Pop ulduzu Britni Spirs xatirə kitabı üzərində işini başa çatdırıb. Lakin hazırda ABŞ-da yaranan kağız qıtlığı əsərin nəşrini yubadır. Məlumata görə, xatirə kitabının çapı “Simon & Schuster” nəşriyyatı tərəfindən həyata keçirilməlidir. Spirs və onun komandası kitabın 2023-cü ilin yanvarında satışa çıxacağını gözləsələr də kağız qıtlığı bu planları pozub. Hazırda problemin nə vaxt həll olunacağı məlum […]

Dünya

Serbiya-Kosovo sərhədində atəş səsləri eşidildi – VİDEO

Serbiya və tanınmamış Kosovo sərhədlərində atəş səsləri eşidilib. Məlumata görə, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Serbiya prezidenti Aleksandar Vucic bu gün xəbərdarlıq edib ki, ölkəsi Kosovoda serblərin növbəti qırğınına icazə verməyəcək. Qeyd edək ki, avqustun 1-dən etibarən Kosovo hakimiyyəti yerli serblərin Serbiya tərəfindən […]

Dünya

Çubays reanimasiyalıq oldu

Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi və “Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubays Avropa xəstəxanalarının birində reanimasiyaya yerləşdirilib. Bu barədə teleaparıcı Kseniya Sobçak məlumat verib. Onun sözlərinə görə, Çubaysın vəziyyəti qeyri-stabildir. Keçmiş məmur qəfildən özünü pis hiss edib, qolları və ayaqları keyiməyə başlayıb. Ona Qiyena-Barre sindromu diaqnozu qoyulub. Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan az […]