Cəmiyyət

Ucarda yol qəzası zamanı velosipedçi ölüb – FOTO

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. APA  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib. Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. […]

MARAQLI

Ayda toplanan süxurlarda suyun olduğu təsdiqlənib

Çin alimlərinin açıqlamasına görə, “Chang’e 5”in Aya eniş aparatının topladığı süxurlarda suyun ola biləcəyinə dair əlamətlər Yerdəki sınaqlarla təsdiqlənib. 2020-ci ilin dekabrında Aya enən kosmik gəmi reqolit kimi tanınan təxminən 1,7 kiloqram qaya parçası və Ay torpağı toplayıb. O, həmçinin topladığı nümunələrin kimyəvi tərkibini ölçmək üçün öz bort alətlərindən istifadə edib. Çin Elmlər Akademiyasından olan […]

Cəmiyyət

İranın dərdi nədir: Allah, yoxsa İsrail? – VİDEO

Görünən odur ki, İran rejiminin Azərbaycana qəzəbi xüsusidir.  İkinci Qarabağ müharibəsində Azərbaycanın daim İran tərəfindən dəstəklənən Ermənistanı məğlub etməsi, bölgədə Türkiyənin nüfuzunun artması, İsrail – Türkiyə münasibətlərində yumşalma İranı güclü şəkildə narahat etdi.  Ona görə də 44 günlük müharibədən az sonra onun nəticələrini heç cür sinirə bilməyən İran Azərbaycanla münasibətləri gərginləşdirmək, onunla təzyiq dili ilə […]

Cəmiyyət

Sabirabadda bacı-qardaş zəhərlənib, bacı ölüb

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib. APA- xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib. Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib. Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb. Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Hindistan Rusiyadan neft və silahı rupi ilə almağı təklif edib

Hindistan neft və silah almaq üçün rupi ilə ticarət etməyi Rusiyaya təklif edir. Yeni Dehli Rusiyanın dövlət bankları VTB və “Sberbank”da saxlanan təxminən 2 milyard dollar rupidən istifadə etməyi planlaşdırır. Tərəflər bu həftə Rusiya rəsmilərinin Hindistan paytaxtına səfərindən sonra bu barədə razılığa gələ bilərlər. Tərəflər razılaşarsa, 2022-ci ilin sonuna qədər Rusiya hesablarındakı əmanətlər 5 milyard […]

MARAQLI

“Turkey” ifadəsini işlədən jurnalistə Çavuşoğlunun reaksiyası – VİDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada norveçli və irlandiyalı həmkarları ilə görüşüb. Tədbirdən sonra nazirlər kameralar qarşısına keçərək, sualları cavablandırıblar. Lakin bu tədbirdə ən yaddaqalan məqamlardan biri Çavuşoğlunun “Turkey” ifadəsini işlədən jurnalistə cavabı olub. Müvafiq görüntüləri “Haber Global” yayıb. Bildirilir ki, sual-cavab zamanı jurnalist İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın qərarını soruşub […]

Siyasət

Ceyhun Bayramov ÜST-ün baş direktoru Tedros Qebreyesus ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər. Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; […]

Mədəniyyət

“Coca-Cola” rəsmi olaraq Rusiyada satışı dayandırdığını AÇIQLADI

ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyada içkilərin, eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb. Bu barədə şirkətin məlumatında deyilir. “Hazırda təmsilçinin Rusiyadakı bütün müştəriləri içki ehtiyatlarını bitirmək prosesindədir. Şirkətin ehtiyatları tükənəndən sonra “Coca-Cola” Rusiya Federasiyasında “Coca-Cola” içkisinin eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını tamamilə dayandıracaq”, – şirkətin məlumatında qeyd olunur. Qeyd edək […]

İdman

Paralimpiya çempionumuz dünya çempionatında dördüncü medalını qazandı

Para üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının üçqat qalibi Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb. Oxu.Az xəbər verir ki, o, 100 metrə sərbəst üzmə növündə 53.07 nəticə göstərib. Bununla da millimizin dünya çempionatında qazandığı medalların sayını beşə çatıb. Qeyd edək ki, […]

Mədəniyyət

Dövlət tərəfindən qorunan ərazi dağıdılıb? – RƏSMİ REAKSİYA + VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər bir neçə ay əvvəl olub və tərəfimizdən yerli icra orqanlarına rəsmi müraciət ünvanlanıb. Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Dövlət Xidməti görüntülərlə bağlı araşdırmanı davam etdirir: “İstənilən halda, Dövlət […]