Cəmiyyət

Daşkəsəndə güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub – FOTO/VİDEO

Daşkəsənə dolu yağıb. APA-nın yerli bürosunun məlumatına görə, saat 19 radələrində rayon ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb. Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb. Alaxançallı kəndi ərazisində […]

İdman

Minifutbol millimizdən tarixi uğur: Avropa çempionatının finalında!

Minifutbol üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. Oxu.Az-ın xəbərinə görə, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında millimiz yarımfinalda Qazaxıstanı 3:2 məğlub edərək finala yüksəlib. Komandamız iki dəfə hesabda geri olsa da, əzmkar oyun nümayiş etdirərək qalib gəlməyi bacarıb. Komandamızın finaldakı rəqibi Bakı vaxtı ilə saat 22:15-də başlayacaq Bolqarıstan – Rumıniya oyununun qalibi olacaq. Səbuhi […]

Siyasət

Dövlət Miqrasiya Xidmətindən “Rossiya Seqodnya” əməkdaşlarının iş icazəsinin uzadılmaması ilə bağlı AÇIQLAMA

Dövlət Miqrasiya Xidməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb. Xidmətin İctimaiyyətlə əlaqələr idarəsindən Oxu.Az-a verilən məlumata görə açıqlamada deyilir: “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya […]

Cəmiyyət

Zirzəmiyə aparan səkilər – VİDEO

Yasamal rayonu, Zahid Xəlilov küçəsinin sakinləri səkilərin darlığı və təhlükəli olmasından şikayətçidir.  Belə ki, Bakı Dövlət Univetsitetinin qarşısında yerləşən bu küçənin hər iki tərəfində avtomobillərin park etməsi üçün icazə verilir. Səkilər isə çox dardır. Günün pik saatlarında universitetdən çıxan tələbələr, yaxınlıqda yaşayan sakinlər bura ilə gedərkən ciddi əziyyət çəkir.  Yolun bir hissəsindəki səki bitməmiş, binanın […]

Dünya

Britaniya müdafiə naziri: “Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir”

“Rusiyanın hərbi gücü tükənmək üzrədir”. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.  Onun sözlərinə görə, Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir. Nazir bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Bununla bağlı video dövlət başçısının “Telegram” kanalında yayımlanıb. “Mən tariximizdə çoxlu ümumi cəhətlər görürəm. Çünki birincisi, düşmən ordusu, faşist rejimi daha güclüdür. […]

İdman

Nəriman Abbasov: “Onun cavabını rinqdə verəcəyik” – VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasovun bu gün növbəti kəmər döyüşü olacaq.  O, “Piranya” ləqəbli Marif Pirayevlə qarşılaşacaq. Nəriman Abbasov və onun məşqçisi Şəhriyar Abbasov Baku TV-ə müsahibə verib. İdmançı Marif Pirayevin mətbuat konfransında verdiyi açıqlamalara “Onun cavabını rinqdə verəcəyik” deyə bildirib.  Daha ətraflı Baku TV-nin süjetində:   Xeberal.az

Dünya

Böyük Britaniyanın müdafiə naziri Kiyevə gəlib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə Prezidentin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. “Silah, maliyyə, sanksiyalar – Böyük Britaniyanın Ukraynaya dəstəyində ardıcıl olaraq liderliyini nümayiş etdirdiyi üç faktordur. Sözlərin və ünsiyyətin daim hərəkətə çevrildiyi bu həqiqətən real, müştərək işi yüksək qiymətləndiririk. Müdafiə naziri Ben […]

İdman

Avropa çempionatında iştirak edəcək milli komandayla görüş keçirilib – FOTO

İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında Hüseyn Savadov (45 kq), Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), […]

İqtisadiyyat

Valideynlərini itirmiş uşaqlara 265 manat kompensasiya ödəniləcək – QƏRAR

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 265 manat kompensasiya ödəniləcək. Nazirlər Kabineti bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından […]