Cəmiyyət

Qanunsuz parkinqə hansı qurumlar göz yumub? – VİDEO

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında aparılan qanunsuz parking mövzusu ətrafına müzakirələr səngimək bilmir.  Məsələyə birbaşa dövlət başçısı müdaxilə etdiyindən parkinq söküldü.  İndi isə hamı günah keçisi axtarışındadır. Maraqlıdır ki, təxminən iki aya yaxındır mövcud olan, parkinqə icazə verən, asfalt çəkən, gözyuman qurumlar indi məsuliyyəti üzərindən atır. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Siyasət

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə fikir mübadiləsi aparıb

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Xeberal.az

Kriminal

Kürdəmir sakini arvadını BIÇAQLADI

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Belə ki, aralarında yaranmış ailə münaqişəsi zəminində 27 yaşlı Göyüşova Şəhanə Rasim qızı həyat yoldaşı Göyüşov Seymur Əkrəm oğlu tərəfindən bədənin kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı yaxınlarının köməyi ilə dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim […]

Siyasət

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən […]

İqtisadiyyat

İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər “əl yandırır”

“Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində yarışların başlamasına sayılı günlər qalıb. Ölkəmizə gəlməsi gözlənilən turistlərin bir qismi artıq Bakıdadır, bir qisim turist isə hələ də qalmaq üçün yer axtarır. Əksər turistlərin hotellərdə qalacağı gözlənilir. Amma bu sektordan artıq qiymət artımı ilə bağlı xəbərlər gəlməkdədir. Belə ki, hotellərin bu ərəfədə qiymətlərini olduqca yüksəyə qaldırdığı bildirilir. […]

İdman

“Neftçi” Samir Abasovla yolları ayırdı: Yeni baş məşqçi namizədləri AÇIQLANDI

“Neftçi” baş məşqçi Samir Abasovla yolları ayırıb. Bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev klub televiziyasına bildirib ki, müqaviləsi bitən Samir Abasova yeni sözləşmə təklif olunmayıb. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də baş tutacaq növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək konkret namizəd […]

Siyasət

Karen Donfrid: “Bakı və İrəvanın münasibətlərin normallaşması istiqamətində irəliləmək imkanı var”

Hazırda Ermənistan və Azərbaycanın münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var. Bu fikri çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid səsləndirib. “Hesab edirəm ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dinc nizamlanma sahəsində irəliləyiş imkanı var”, – ABŞ xarici siyasət rəsmisi brifinq zamanı jurnalistlərə bildirib. “Düşünürəm ki, biz […]

İqtisadiyyat

Azərbaycan və İtaliya şirkəti arasında saziş imzalandı – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə “Technip Energies” şirkətinin İdarə Heyətinin sədri Marko Villa arasında görüş olub. Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında yazıb. O bildirib ki, görüşdə Azərbaycanda yaşıl enerjiyə keçidin təmin edilməsi, karbon tullantılarını azaltmaqla ekoloji vəziyyətin yaxşılaşması istiqamətində layihələr və dayanıqlı inkişaf imkanları müzakirə edilib. Danışıqlar çərçivəsində “Azərbaycan İnvestisiya […]

Kriminal

Ali Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısının cəzasını azaldıb – VİDEO

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov barəsində apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayətlə bağlı qərar elan olunub. Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası üç ay […]

İqtisadiyyat

İqtisadiyyat Nazirliyi AYİB ilə memorandum imzaladı – YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı Memorandum imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.  “Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə imzaladığımız Memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkəmizdə […]