Cəmiyyət

Özümə yaxşı, başqasına pis?

Fərid Hüseyn “Kaspi” qəzeti üçün yazır… Radioda belə bir reklam eşitdim: “Ev tortu”nun qiymətlərində endirim”. Reklam xalqa xitab edən bir tanıtımdır. Bəs 10 milyonluq xalqa “Ev tortu” çatar? Əlbəttə, anlaşılandır ki, “ev tortu” deyərkən, daha çox dadlı, tərkibi keyfiyyətli olan şirniyyatdan söhbət gedir. Sadəcə məsələ ondadır ki, nəyə görə bizim reklam bazarımız, yaxud xidmət sektorumuz […]

Dünya

Qadın zibil borusunda ilişib qaldı – FOTO

Nijni Tagil sakininin telefonu təsadüfən binanın zibil borusuna düşüb. Hadisə iyunun 5-də Leninqradski prospektindəki evlərdən birində baş verib. Xanım telefonunu çıxarmaq üçün özün boruya daxil olmaq məcburiyyətində qalıb, amma oradan çıxa bilməyib. Qadını çıxarmaq üçün xilasedicilər alpinist avadanlıqlarından istifadə etməli və zibil borusu sistemini qismən sökməli olublar. Yayımlanan görüntülərə əsasən, zərərçəkənin tibbi yardıma ehtiyacı olmayıb. […]

Dünya

Ukrayna səfiri Almaniyanın siyasətini “rüsvayçılıq” adlandırdı

Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniyanın ölkəsinə silah tədarükü ilə bağlı siyasətini rüsvayçılıq adlandırıb. O, bu barədə “Twitter” səhifəsində yazıb. “Almaniyanın 102 günlük barbar müharibə ərzində hətta köhnə “Leopard 1” tanklarını və “Marder” zirehli transportyorlarını utanmadan bizə verməkdən imtina etməsi faktı tarixə düşəcək. Bu rüsvayçılıqdır”, – diplomat qeyd edib. Xeberal.az

Dünya

Sahibsiz itlər rusiyalı deputatı dişlədi – VİDEO

Tomsk şəhər dumasının deputatı Maksim Zabelin tikinti sahəsindən keçərkən üç sahibsiz it ona hücum edərək dişləyib. Hadisə müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda deputatın tikinti sahəsinə necə girdiyi, bir neçə heyvanın ona hücum edərək yerə yıxdığı görünür. Qeyd olunur ki, insidentdən sonra zərərçəkmiş vəhşi heyvanların zərərsizləşdirilməsi xidmətinə zəng etmək məcburiyyətində qalıb. Mənbə: kp.ru Xeberal.az

Dünya

Recep İvedik seriala çevrilir

Ssenarist və aktyor Şahan Gökbakarın təqdimatında Recep İvedik silsiləsindən olan növbəti film iyunun 14-dən etibarən “Disney Plus” platformasından yayımlanacaq. Yaxın zamanlarda film serial versiyası ilə də tamaşaçıların görüşünə gələcək. Yeni komediyanın bölümləri də “Disney Plus”da efirə çıxacaq. Bununla yanaşı, artqı silsilənin sayca 7-ci filminin çəkilişlərinə başlanılıb. Onun təqdimat tarixi isə hələ ki açıqlanmayıb. Mənbə: “Haber Global” […]

Dünya

Əfqanıstanda “Taliban”la əleyhdarları arasında toqquşma olub

Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin dəstələri bazar günü “Taliban” radikal hərəkatının Baqlan əyalətinin şimalındakı mövqelərinə hücum edib. Toqquşma Əndarab vadisində Puli-Hesar və Taqanak yaşayış məntəqələri yaxınlığında baş verib. Səhrə komandiri Xeyr Məhəmməd və onun partizanlarının təzyiqi nəticəsində “Taliban” öz mövqelərindən geri çəkilməli olub. İtkilər barədə məlumat verilməyib. Mənbə: TASS Xeberal.az

Dünya

Meymunçiçəyinə yoluxanların sayı 780-ə yüksəldi

Ümumdünya Səhiyyə Təşkilatı son həftələrdə bütün dünyaya yayılan meymunçiçəyi virusunun indiyədək 780 nəfərdə aşkar edildiyini açıqlayıb. Təşkilatın internet saytında ilk yoluxma halının görüldüyü 13 maydan – 2 iyunadək virusun yayılması ilə bağlı məlumatlar paylaşılıb. Bildirilib ki, İngiltərədə 270, İspaniyada 156, Portuqaliyada 138, Kanadada 58, Almaniyada 57, Fransada 33 və Niderlandda 31 yoluxma faktı qeydə alınıb. […]

Dünya

Atlantik okeanında yeni qasırğa: “Aleks”

Atlantik okeanında “Aleks” tropik qasırğası əmələ gəlib. Bu barədə bazar günü ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb. Peyk görüntülərinə əsasən, keçmiş bir nömrəli tropik siklon tropik fırtınaya çevrilib. Təşkilatın saytında bildirilir ki, hazırda qasırğa 35 km/saat sürətlə şimal-şərqə doğru irəliləyir. Meteoroloqlar “Aleks”in yaxın 36 saat ərzində Bermud adalarına çata biləcəyini bildirirlər. Bölgədə fırtına […]

Cəmiyyət

Qazaxda iki piyadanı avtomobil vurub

Qazax şəhərində iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub. Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Britaniya parlamenti Consona etimadsızlıq göstərə bilər

Britaniya Mühafizəkarlar Partiyasının lideri, baş nazir Boris Consondan narazı olan parlament üzvlərinin sayı hökumətə etimad səsverməsinin keçirilə biləcəyi səviyyəyə çatıb. Mövcud qaydalara görə, belə bir səsvermənin baş tutması üçün İcmalar Palatasında yer alan mühafizəkar deputatların 15%-nin bunu tələb etməsi lazımdır. Hazırkı şəraitdə mühafizəkarlar parlamentin 650 yerlik aşağı palatasında 359 yeri tutduqları üçün 54 deputatın müvafiq […]