Siyasət

Azərbaycan və Türkiyə prezidentləri “ASAN xidmət” və “Bilim Bakı” mərkəzinin açılışında – YENİLƏNİB

Mayın 28-də Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər. Dövlət başçılarına məlumat verildi ki, paytaxtda tikilmiş yeni “ASAN Həyat” Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, […]

Dünya

Meymunçiçəyi daha bir ölkəyə çatdı

İrlandiyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb. “Dünən gecə Səhiyyə Nəzarət Mərkəzinə ölkənin şərqində meymunçiçəyi virusuna ilk yoluxma halı barədə ilk məlumat verilib”, – deyə mənbə yazır. Səhiyyə Mərkəzinin açıqlamasında bildirib ki, meymunçiçəyinə yoluxan kişi xəstəxanaya yerləşdirilməyib. Hazırda həkimlər xəstə ilə yaxın təmasda olan şəxslərlə təmasdadırlar. Məlumat üçün qeyd edək ki, İrlandiyanın qonşusu Böyük […]

İdman

Çempionlar Liqasında final həyəcanı: Matç başladı – YENİLƏNİR

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlir. Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşır. Matçda start fiti səslənib. Hazırda hesab açılmayıb.   23:22 UEFA Çempionlar Liqasının final matçının startı daha da gecikəcək. Bununla bağlı UEFA-dan məlumat verilib. Bildirilib ki, matçın start vaxtı 23:36 […]

Dünya

Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu

Nigeriyanın Rivers əyalətinin paytaxtı Port Harkort şəhərində kilsənin təşkil etdiyi xeyriyyə aksiyası zamanı yaranan izdihamda 30-dan çox adam ölüb. Qeyd olunur ki, izdiham pulsuz ərzaq yardımı paylanan zaman yaşanıb. Yaranan sıxlıqda 30-dan çox insan ayaq altında qalaraq ölüb. Rivers ştatının Polis Departamentindən verilən məlumatda qeyd olunur ki, insidentlə əlaqədar araşdırma aparılır. Mənbə: Punch Xeberal.az

Cəmiyyət

Yarımçıq qalmış şəhər: Dəliməmmədli – REPORTAJ

Goranboy rayonunun Dəliməmmədli şəhərinin yolları uzun illərdir asfalt örtüyə həsrətdir. Payız-qış fəsillərində, ümumiyyətlə yağıntılı havalarda palçıq, çirkab su gölməçələri səbəbindən küçələrdə piyadaların sərbəst hərəkəti qeyri-mümkün olur. Şəhərin işıqlandırma sistemi də bərbad vəziyyətdədir. Mövzu ilə bağlı “Kaspi” qəzetinin reportajını təqdim edirik.  Goranboy rayonunun Dəliməmmədli şəhəri Azərbaycanın böyük yaşayış məntəqələrindən biridir. Bakı-Qazax magistral yolu üzərində yerləşən bu şəhər iqtisadi cəhətdən […]

Cəmiyyət

ASAP xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirdi – FOTO/VİDEO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması 28 May – Müstəqillik Günü ilə əlaqədar Almaniya və Türkiyədə silsilə tədbirlər keçirib. May ayının 25-i Almaniyanın Berlin şəhərində ASAP-ın tərəfdaşlığı, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş mədəniyyət  gecəsi keçirilib. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Almaniya nümandəliyinin […]

Cəmiyyət

Mikroavtobus qəzasında yaralanan yeddi nəfər Kliniki Tibbi Mərkəzə gətirilib

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan yeddi nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. APA-nın KTM-ə istinadla xəbərinə görə, yaralılardan altısı qadın, biri kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib. Qeyd edək ki, xəsarət alanlar qohum olub […]

Siyasət

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı 28 May – Müstəqillik […]

Siyasət

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bunula bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.    Təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu il biz həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 […]