İdman

Levandovski “Bayern”dən gedir

Robert Levandovski “Bayern”lə müqaviləsini yeniləməyəcək. Ötən həftə hücumçu Münhen klubunun rəhbərliyinə yeni müqavilə imzalamayacağını bildirib. Onun “Bayern”lə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Belə vəziyyətdə klubun bu yay Roberti satacağı gözlənilir. Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm Münhen klubunun heyətində 45 oyunda 49 qol vurub. Mənbə: sports.ru Xeberal.az

Cəmiyyət

Piyada zolaqları silinən yollar – VİDEO

Şirvan şəhərində hərəkətin daha sıx olduğu əsas küçə və prospektlərdə rəngi solmuş, hətta bəzi yerlərdə tamamilə görünməyən piyada zolaqlarına rast gəlinir. Bu da həm sürücülər, həm də piyadalar üçün əsl təhlükəyə çevrilib. Qaranlıqda və yağışlı havada vəziyyət daha da çətinləşir. Şəhərin Heydər Əliyev prospektində, Məmməd Əmin Rəsulzadə, Tofiq İsmayılov və digər mərkəzi küçələrdə bənzər mənzərə […]

Dünya

ABŞ-da dron əleyhinə müdafiə sistemləri sınaqdan keçirilib

ABŞ yeni silahı sınaqdan keçirib. Pentaqonun Kiçik Dronlarla Mübarizə üzrə Birgə Ofisi (JCO) pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən mikrodalğalı silahın nümayişini başa çatdırıb. Bu barədə “Defence News” məlumat yayıb. JCO aprel ayında Yuma sınaq meydançasında nümayiş keçirib. Nümayişdə “Epirus”, “Raytheon Technologies” və “Leonardo DRS” öz antidron sistemlərini təqdim ediblər. Qeyd edilir ki, bu […]

İdman

WTF prezidenti: “Azərbaycanın təcrübəsi hesabına möhtəşəm yarış keçirəcəyinə şübhə etmirik”

“Biz Bakını 2023-cü ildə taekvondo üzrə dünya çempionatının ev sahibliyinə layiq görülməsi münasibəti ilə təbrik edirik”. Oxu.Az-ın xəbərinə görə, bunu Ümumdünya Taekvondo Federasiyasının (WTF) cənubi koreyalı prezidenti Çu Çanq-von deyib. Bu gün İsveçrənin Lozanna şəhərində Olimpiya binasında WTF Şurasının Növbədənkənar iclası keçirilib. İclasda 2023-cü ildə –  WTF-nin 50 illik yubileyi vaxtı taekvondo üzrə dünya çempionatının […]

İdman

Sürücülərin NƏZƏRİNƏ: Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub. Əməliyyat Şirkəti şəhər […]

Dünya

Bu mövsümdə ekranlarla vidalaşacaq türk serialları – SİYAHI

Türkiyənin sevilərək izlənilən bəzi serialları bu mövsümdə final bölümünü yayımlayacaq. TRT 1 efirində yayımlanan “Masumlar apartmanı” serialı mayın 17-də 71-ci bölümlə ekranlarla vidalaşacaq. Serialın reytinq hədəflərinə çatmadığı üçün belə bir qərar verilib. Digər telekanallarda yayımlanan: Gökçe Bahadırın baş rol oynadığı “Evlilik hakkında her şey”, “Ay Yapım”ın çəkdiyi “Üç kuruş” (23 may), “Sadakatsiz” (25 may), “Barbaroslar Akdenizin […]

İdman

“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib. Çempionluğu əvvəlki turlarda təmin etmiş “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib. “Azersun Arena”dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub. Ağdam təmsilçisinin sadiq […]

Cəmiyyət

Faiq Ağayev: “Çox böyük səhvə yol verdim” – VİDEO

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti buraxılışının qonağı Xalq artisti Faiq Ağayev olub. Müğənni şou-biznesdə dostluqdan, gənc müğənnilərin tənqid olunmasından, mahnılarındakı ismarıclardan, reallaşdıra bilmədiyi arzusundan danışıb.  Ən yaxın sənət dostlarından söz açan müğənni Xalq artisti Aygün Kazımova ilə mübahisə edəndə barışmaq üçün ilk addımı onun atdığını qeyd edib. “Artistə geyimə görə irad tutarlar?! Bu, […]

Dünya

Türkiyə ərazisi atəşə tutuldu: Yaralananlar var

Türkiyənin Suriya ilə sərhəd ərazisi atəşə tutulub. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qaziantep əyalətinin Karkamış rayonundakı Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb. İnsident nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilib. Nazirlikdən qeyd olunub ki, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib. Xeberal.az

Cəmiyyət

Sabirabadda 122 yaşlı hamam məhv olmaq üzrədir – FOTO

Sabirabad rayonuunda 122 yaşlı tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir. “Report” xəbər verir ki, hamam Sabirabad şəhəri Məhəmməd Füzuli küçəsində yerləşir. Tarixi hamam 1900-cu ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunub. Əvvəllər hamamı işlədən rayon sakini, Ağa Tağıyevin sözlərinə görə, Hamam çox baxımsız haldadır və aidiyyəti qurumlar tərəfindən laqeyd münasibət göstərilir: “Hamam 1900-cu ildə […]