İqtisadiyyat

“Qaz döyüşü”nün taleyi bəlli olur: Avropa Rusiyaya “əlvida” deyir – TƏHLİL

Artıq Qərbin sivil ölkələri “zəhərli” Rusiya qazından imtina edir. Rusiyanın əsas xarici bazarlara mavi yanacaq ixracı aprel ayında üç aylıq dövr üçün ən aşağı rəqəmə düşüb. Moskvanın Aİ ölkələrinin əksəriyyəti ilə münasibətləri tamamilə kəsilmək üzrədir. Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Qərb dünyası çətin bir dilemma qarşısındadır. Rusiya ilə “soyuq müharibə” vəziyyətində olan Qərb bir […]

İdman

İstanbul derbisi yenə “sülh”lə bitdi

Türkiyə Superliqasının 36-cı həftəsində “Qalatasaray” avrokuboklara yollanmaq uğrunda mübarizə aparan “Başakşehir”in qonağı olub. İstanbulun Başakşehir stadionunda oynanılan qarşılaşmada qalib müəyyən edilməyib – 0:0. Qeyd edək ki, hazırda 13 qələbə, 9 heç-heçə və 14 məğlubiyyətdən sonra “Qalatasaray” 48 xal toplayaraq 13-cü pillədə qərarlaşıb. “Başakşehir” isə 18 qələbə, 7 heç-heçə və 11 məğlubiyyətdən sonra 61 xal toplayaraq 4-cü […]

Tədbirlər

Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi

Varşavanın yerli hakimiyyət orqanları Rusiyanın Polşadakı səfirliyinin 9 may tədbirləri barədə sorğusuna qarşı çıxıb. Bu barədə Varşava meri Rafal Tşaskovski bəyanatla çıxış edib. “Rusiya səfirliyi Varşavada mayın 9-unu qeyd etmək istəyir və dəstək üçün Polşa Xarici İşlər Nazirliyinə müraciət edib. Mən bunun qəti əleyhinəyəm”, – deyə o, bildirib. Mer vurğulayıb ki, Polşanın heç bir dövlət […]

Cəmiyyət

“Azəriqaz”dan sərfiyyatların öyrənilməsi ilə bağlı YENİLİK – VİDEO

Son günlər sosial şəbəkələrdə abonentlərə bildirişlərin vaxtında verilməməsi kimi paylaşımlara rast gəlinir. “Azəriqaz”dan verilən məlumata görə, abonentlərə “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşaraq sərfiyyatları haqqında məlumat ala bilmələri barədə paylaşımlar edilir. Qurumdan qeyd ediblər ki, cari ilin aprel ayından Birlik tərəfindən bir yeniliyə start verilib. Sonradan ödənişli (mexaniki tipli) sayğac və əvvəldən ödənişli (smart-kart tipli) sayğac istifadə edən […]

Cəmiyyət

Nəzrin və Ümidin sizin köməyinizə ehtiyacı var – FOTO

Spinal muskular atrofiya (SMA) xəstəliyindən əziyyət çəkən Nəzrin və Ümidin xeyirxah və imkanlı şəxslərin köməyinə ehtiyacı var. Oxu.Az xəbər verir ki, SMA xəstəsi olan uşaqlar Şəmkir şəhərində yaşayır. Ataları onlar körpə ikən vəfat etdiyi üçün bütün yük analarının çiyninə düşüb. Uşaqların orqanları deformasiyadan əzilir və ağrıları artır.  Artıq bir neçə gündür, Ümidin vəziyyəti daha da ağırlaşıb. […]

Hadisə

Ucarda maşın aşdı, sürücü hadisə yerində öldü

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. “Lada” markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və […]

İdman

Ekvador mövcud olmayan futbolçu ilə DÇ-yə yollanmağa hazırlaşır

Çili Futbol Federasiyası FİFA-ya etiraz edərək Ekvador yığmasının Qətərdə keçiriləcək Dünya Çempionatından kənarlaşdırılmasını xahiş edib. Əgər qurumdan müsbət cavab alınarsa Ekvadorun yerini məhz Çili millisi tutacaq. İddiaya görə, Ekvador millisinin futbolçusu saxta sənədlərlə yarışda iştirak etməyə hazırlaşır. Söhbət müdafiəçi Bayron Kastilyodan gedir. Çili tərəfi onun 25 iyul 1995-ci ildə Kolumbiyanın Tumako şəhərində anadan olması ilə […]

Hadisə

Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı

Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb. Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Çelsi” qələbəni son anda əldən verdi

Premyer Liqanın 36-cı turunda “Çelsi” “Vulverhempton”u qəbul edib. Oxu.Az xəbər verir ki, Lukaku 3 dəqiqəyə (56,58) 2 qol (birincisini penaltidən) vursa da, əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+7) londonlular qələbəni əldən verib – 2:2. Qeyd edək ki, komandanın keçmiş sahibi Roman Abramoviç klubun amerikalı milyarder Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılması üzrə müqaviləni məhz bu […]

Siyasət

Şərqi Zəngəzur iqtisadi rayonunda axtarış işləri APARILACAQ

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işləri aparılacaq. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi […]