İdman

Qurban Qurbanovun çempionluq ŞƏRHİ: “Hamısı sanki kasıb uşaqlar idi, varlanmaq istədilər”

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik”. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında çempion olmaları barədə deyib. 50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: “İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. […]

Dünya

Papa Putinlə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu açıqladı

Roma Papası Fransisk mart ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib. Rusiya tərəfi hələlik sorğuya cavab verməyib. Pontifik özü hesab edir ki, Putin hələlik görüş keçirmək istəmir. İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən Roma Papası bu tələbi müharibənin başlanmasından 20 gün sonra səsləndirdiyini bildirib. O, Rusiya prezidenti ilə görüş üçün Moskvaya yollana biləcəyini deyib. “20 günlük […]

Cəmiyyət

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Qarabağ” 9-cu dəfə Azərbaycan çempionu oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə iki matç keçirilib. Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0. Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra […]

Dünya

Rusiyada tezliklə dördgünlük iş həftəsinə keçilə bilər

Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nilov rusiyalılara dördgünlük iş həftəsinə keçidin yaxın gələcəkdə baş verəcəyini bildirib. O qeyd edib ki, artıq bəzi müəssisələr distant və ya natamam məşğulluq çərçivəsində bu formatda işləyirlər. Bundan əlavə, koronavirus pandemiyası zamanı bu, kadrların saxlanılması və şirkətlərin işinin davam etdirilməsi üçün ən optimal həll yollarından biri olub. Rusiyalı deputatın sözlərinə […]

Dünya

Boris Conson: “Ukrayna qalib gələcək, Ukrayna azad olacaq”

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və Ukraynanın yenidən azad ölkəyə çevriləcəyini bildirib. O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışında bəyan edib. Conson qeyd edib ki, Ukrayna “Putinin yenilməz olması haqqında mifə” son qoyub və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf edib. Hökumət başçısı hazırda ukraynalıların 21-ci əsrin ən böyük qəhramanlıq […]

Cəmiyyət

Separatçılar Qarabağda səngər qazır – VİDEO

Qarabağdakı erməni silahlıları Rusiya sülhməramlılarının gözü önündə səngərlər qazırlar.  “Caliber”in yaydığı məlumata görə, qış fəslindən sonra qanunsuz erməni silahlı birləşmələri Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yenidən mühəndis işləri aparmağa başlayıblar.  Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

Yaponiyada Ukraynaya və Konstitusiyanın 9-cu maddəsinə dəstək mitinqi

Yaponiyanın ən böyük meqapolislərindən biri olan Osakanın mərkəzində ölkə konstitusiyasının doqquzuncu maddəsinə dəstək nümayişi keçirilir.  Müvafiq maddəyə əsasən, ölkə beynəlxalq münaqişələrin həlli vasitəsi kimi orduya sahib olmaqdan və müharibədən imtina edir. Nümayişçilər Asiya regionunda sülhə, Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağıran, Yaponiya Konstitusiyasının doqquzuncu maddəsinin dəyişdirilməsinin əleyhinə şüarlar səsləndiriblər. Mənbə: RİA Novosti Xeberal.az

Cəmiyyət

Kürdəmirdə kütləvi dava: Beş nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi

Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb. Kənd sakini Allahverənov Əfqan Gülü oğlu özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi Məmmədov Abdulla Nuru oğlu ilə aralarında mübahisə yaranıb. Bu zaman onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bundan sonra mübahisəyə onların yaxınları da […]

Dünya

Polşalı kişi ürəyini ukraynalı qadına verdi

Polşalı kişi ürəyini Lvov vilayətindən olan 36 yaşlı Yuliya Skipə bağışlayıb. Bu, Polşada Ukrayna vətəndaşları üçün ilk orqan transplantasiyası əməliyyatıdır. Ukrayna müxtəlif ölkələrdə transplantasiya proseslərinin əlaqələndirilməsi üzrə beynəlxalq təşkilatların üzvü olmadığından əvvəllər belə əməliyyatı həyata keçirmək mümkün olmayıb. Yuliya uzun müddət ürək çatışmazlığından əziyyət çəkib. Onun ürəyi kardiomiopatiya səbəbindən bədəni qanla tam təmin edə bilməyib. […]