Bölgə

Qazi və şəhid ailələrinin çıraqla axtardığı deputat ƏZİZ ƏLƏKBƏRLİ

Xəbəral.az-ın əldə etdiyi məlumata görə Saatlı rayonunda yaşayan 44 günlük vətən savaşı qaziləri və şəhid ailələri rayonun deputatı Əziz Ələkbərlidən şikayətçidir. Əllərində çıraq rayon deputatın axtaran qazilər və şəhid ailələri dəfələrlə deputatın köməkçisi Samir Nəsirovla əlaqə yaratsalar da deputatın üzünü seçkidə gördükləridir. Qeyd edək ki , deputatın köməkçisi Samir Nəsirov rayonda qatı müxalifətçi kimi tanınıb. […]

Gündəm

Turan Rzayev: Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi

20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. 20 Yanvar XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin […]

Gündəm

Prezident Abdin Fərzəliyevi Abşerona icra başçısı təyin etdi

Prezident İlham Əliyev Abdin Fərzəliyevlə bağlı Sərəncam imzalayıb.  Xəbəral.az xəbər verir ki, Sərəncama əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər Sərəncamla, o, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, A.Fərzəliyev 2005-ci ilin dekabrından Nərimanov RİH-yə rəhbərlik edirdi Xəbəral.az

Hadisə

Dünən açılışı olan Tağıyevin heykəli zədələndi – FOTO

Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır. Xəbəral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin ötən gün açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb. Xəbəral.az

Hadisə

Prokurorluqdan gəncin minaya düşməsi ilə bağlı AÇIQLAMA

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Goranboy Rayon Prokurorluğundan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd […]