Müsahibə

Əli Əliyevə “İran” ittihamı – QALMAQALLI MÜSAHİBƏ

Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədr müavini, dünən VİP-dən istefa verdiyini bəyan edən (bəyanat müsahibəyə əlavə olunur) Əliyar Şirməmmədov Qaynarinfo-nun suallarını cavablandırıb. – Əliyar bəy, Vətəndaş və İnkişaf Partiyasından istefanızın  əsas səbəbi nədir? Doğrudur, səbəblər barədə danışmısınız. Amma danışdıqlarınız ümumi xarakter daşıyır. Bizi isə konkret səbəblər maraqlandırır.  – Mən 30 ildir ki, siyasətdəyəm. Azərbaycan […]

Sosial

“Milli Məclisin işçilərinə yaşayış binası ayrılsın, yaxşı maşınlar verilsin” – Deputat

Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub. Deputat çıxışı zamanı parlamentdə uzun illər işləyən gənclərin olduğunu bildirib: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından […]

Ana Səhfə

Ermənistanın dünənki itkiləri – 20 ölü, 40-dan çox yaralı

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib. Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib. “Qafqazinfo” dünəndən erməni mediasında yayılan məlumatlara əsasən xəbər verir […]

Cəmiyyət

Vüqar Səfərli ilə ittiham olunan şəxs: “Tədbirlərin keçirilməsinə 40 min manat ayrılırdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib. Hakim Azər […]

Cəmiyyət

Deputat: “Azərbaycanda 10 yaşına qədər uşaqlara müavinət verilməlidir”

Azərbaycanda 10 yaşına qədər uşaqlara müavinətin verilməsi təklif edilib. Bu təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib. “Çox təəssüf ki, son zamanlar boşanmaların da sayı artıb. Uşağı tək böyüdən analara diqqət daha da artırılmalıdır və onlara […]

Xarici siyasət

XİN: “Ermənistanın hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandırılacaq”

“Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, […]

Ana Səhfə

10 hərbçimiz yaralanıb – Müdafiə Nazirliyi

Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun 10 hərbi qulluqçusu yaralanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti […]

Cəmiyyət

Baş Prokurorluq: “Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işi açılıb”

Baş Prokurorluq Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif […]

Gündəm

İrəvan sakinləri küçələrə axışdı – Video

Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən sonra İrəvanda insanlar küçələrə axışıb. “Qafqazinfo” xəbər verir ki, vətəndaşlar Xarici İşlər Nazirliyinin qarşısına toplanıblar. Aksiya iştirakçıları, “ABŞ”, “Rusiya təcavüzünə son!”, “Rusiya, evinə qayıt” şüarları səsləndiriblər. Həmin görüntüləri təqdim edirik: