İdman

Azərbaycan – Qətər matçında futbolçular arasında insident baş verib

Bakıda Azərbaycan və Qətər yığmaları arasında keçirilən yoldaşlıq matçında insident baş verib. Əvvəlcə görüşün 85-ci dəqiqəsində Anton Krivotsyukla qonaqların hücumçusu Almez Əli arasında gərginlik yaranıb. Daha sonra Araz Abdullayev və Bualem Xuxi onlara müdaxilə ediblər. Nəticədə 4 futbolçunun hər biri sarı vərəqə ilə cəzalanıb. Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab 2:2-dir.

Cəmiyyət

Goranboyda törədilmiş qətlin üstü açılıb: Saxlanılan var – RƏSMİ AÇIQLAMA

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı […]

Kriminal

Xızıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalanıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə vətəndaşlardan daxil olan müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon […]

Cəmiyyət

Bakıda tikinti zamanı uçqun oldu, fəhlə betonun altında qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan bir nəfərin xilas olunması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə […]

Dünya

Avstriyada peyvənd olunmayanlar üçün lokdaun tətbiq edilir

Avstriyada koronavirusa qarşı vaksinasiya olunmayanlar üçün noyabrın 15-dən etibarən məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə ölkənin baş naziri Aleksander Şallenberq məlumat verib. Müvafiq qərar hökumətin federal torpaqların rəhbərlərilə görüşü sonrası qəbul edilib. Məhdudlaşdırıcı tədbirlərin 12 yaşdan aşağı şəxslərə aid edilmədiyi vurğulanıb. Baş nazirin sözlərinə görə, peyvənd olunmayanlar tərəfindən qaydalara əməl olunmasına polis nəzarət edəcək. Qayda pozucuları […]