Cəmiyyət

İŞĞALA SON QOYAN BİRLİYİN VƏ BÖYÜK GÜCÜN NÜMAYİŞİ

Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyada birlik, güc nümunəsidir. Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bugünümüzün reallıqlarından daha aydın görünür. Atılan hər bir addımda, irəli sürülən təşəbbüslərdə, reallığa çevrilən layihələrdə bu birliyin təzahürlərini görür və bundan qürur hissi keçiririk. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın dediklərini dinlədikcə qəlbimizdə belə təəssürat yaranır […]

Cəmiyyət

ŞUŞA BƏYANNAMƏSİ İKİ XALQIN
QARDAŞLIĞININ RƏMZİDİR

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində iki qardaş ölkənin dövlət başçılarının bir neçə açılış və təməlqoyma mərasimlərində birgə iştirakları Azərbaycan-Türkiyə münasibətlərinin dörd ay bundan əvvəl imzalanmış Şuşa Bəyannaməsində nəzərdə tutulan yeni formatda təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında 2021-ci il 15 […]

Cəmiyyət

Zəfərin təntənəsi xaricdə – Diasporumuz böyük günə HAZIRLAŞIR

0 illik məğlubiyyətə son qoyan 8 noyabr Zəfər Günü ölkə daxilində, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunacaq. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Zəfər Günü ilə bağlı onlarla ölkədə yüzlərlə tədbirin keçirilməsi planlaşdırılır: – Bu tədbirlərə yürüşlər, konsert proqramaları, bayraqqaldırma mərasimləri, idman yarışları, rəsmi görüşlər və s. […]

Cəmiyyət

Rusiya Naxçıvanla əlaqəni təmin edəcək yolu ilk dəfə “Zəngəzur dəhlizi” adlandırdı

Rusiya tərəfi Naxçıvanla birbaşa əlaqəni təmin edəcək yolu ilk dəfə olaraq rəsmi Bakı və Ankaranın istədiyi kimi “Zəngəzur dəhlizi” adlandırıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu ifadəni Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova işlədib. ““Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün bütün məsələlər ən […]

Bölgə

“Kamal Qılıcov camaatı yığıb dedi ki, Nərmini öldürən İlkindir”

Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo” xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nərminin əmisi Arif Quliyev dindirilib. Məlum olub ki, Nərmin sonuncu dəfə 2019-cu il noyabrın 21-də əmisigilin həyətində olub, orada təxminən 1 dəqiqə dayanıb […]

Bölgə

Ağsu rayonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Xəbəral.az xəbər verir ki, Oktyabrın 27-də Ağsu rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və qarşıda duran təxirəsalınmaz vəzifələrə həsr […]

Ana Səhfə

Çavuşoğlu Ermənistanla münasibətlər barədə: “Bütün qərarları Azərbaycanla birlikdə qəbul edəcəyik”

“Biz bu mövzuları ən son cənab prezidentimizin Füzuli səfərində gündəmə gətirdik. Xarici işlər naziri Ceyhun qardaşımla, dostlarla da oturduq, danışdıq. Bu mövzuları Azərbaycanla birlikdə müzakirə edirik”. Bu sözləri “CNN Türk” kanalına müsahibəsi zamanı Ermənistanla münasibətlər barədə danışan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. “Ermənistandan da çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyimizi […]

Cəmiyyət

I qrupda bu abituriyentlər kimyadan yox, informatikadan imtahan verəcək

“2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər”. “Qafqazinfo” xıəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib. “Bununla əlaqədar əlavə elan gələn həftə daha dəqiq şəkildə bizim saytımızda olacaq. Bugünkü alqoritmə uyğun olaraq, I qrupda […]

Ana Səhfə

Üç hakimin səlahiyyətlərinə xitam verildi

Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının məlumatında deyilir. Bildirilib ki, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin […]