Hüquq

DTX rəisi ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilmişdir

Xəbəral.al Oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuşdur. […]

Ana Səhfə

ZƏNGİLANIN İŞĞALDAN AZAD OLUNMASI
TARİXİMİZİN ŞANLI SƏHİFƏSİDİR

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur […]

Cəmiyyət

“BÖYÜK QAYIDIŞ”IN İLK ADDIMI

Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə başladı və xalqın birliyindən güc alan qəhrəman ordumuz 44 gün ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.Zəngilanın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə […]

Ana Səhfə

ERMƏNİLƏR ZƏNGİLANDA GÖRÜNMƏMİŞ
VƏHŞİLİK TÖRƏTMİŞDİLƏR

Prezident İlham Əliyev öz çıxışlarında qeyd edib ki, bir il bundan əvvəlki dövrə qayıdaraq qələbəmizin əzəmətini bir daha görürük: “Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirməkdən, bütün işğal edilmiş torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün vaxt yox idi və buna heç gərək də yox idi. Amma […]

Bölgə

TARİXLƏR ŞAHİDİ QUBADLI, SƏN AZADSAN!

Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağların qoynunda yerləşən Qubadlı bu günümüzə tarixin keşməkeşli yollarından keçib gəlmişdir. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları-abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri tarix hesab etmişlər.Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Onun adı bir mənbəyə görə dörd əsr bundan əvvəl yaranmışdır. Qubadlı XVI əsrin sonunda Azərbaycana […]

Cəmiyyət

AZƏRBAYCAN HƏRB SƏNƏTİNİN UĞURLARINDAN BİRİ QUBADLININ AZAD EDİLMƏSİ OLDU

“Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər”, –deyə Prezident İlham Əliyev bildirib.Azərbaycanın […]

Bölgə

QUBADLININ AZAD OLUNDUĞU GÜN TARİXƏ DÜŞÜB

Azərbaycanın Silahlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı.Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın […]

Bölgə

Evləri işıqlandıran işıqlı insanlar, bayramınız mübarək!

Bu gün Azərbaycanda Energetiklər Günüdür. 17 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 40 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi […]

Cəmiyyət manset

POSTMÜHARİBƏ DÖVRÜNÜN YENİ REALLIQLARI

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsində vurğulayıb ki, təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna […]