Xarici siyasət

Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavininə cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın “Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatına münasibət bildirib. XəbərAl.az-ın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, görünür, T. Avinyan artıq seçkilərin geridə qaldığını unudub. “İndi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan […]

Gündəm

Prezident: “Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir”

“Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir”. XəbərAl.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib […]

Hadisə

Göygöl sakininin minaya düşməsilə bağlı RƏSMİ AÇIQLAMA

Göygöl Rayon Prokurorluğu açıqlama yayıb. İyulun 14-də, saat 21.00 radələrində 1 nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü […]

Xarici siyasət

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktiubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Sizi səmimiyyətlə salamlayıram. Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və […]

Ölkə

Şəhərlərarası gecə avtobus reysləri bərpa edilir — RƏSMİ

“Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir”.  XəbərAl.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.  O qeyd edib ki, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə […]

Region

Rusiya Müdafiə Nazirliyi Şuşadakı erməni təxribatı ilə ilə bağlı açıqlama yaydı

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”. Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı məlumatında deyilir. Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər: “Atəşkəs ümumiyyətlə bütün təmas xəttində müşahidə olunur. Eyni zamanda, 13 iyul […]

İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı 2,1 faiz böyüdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 39 915,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri neft-qaz sektorunda isə 5,1% artıb. ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, […]

Hadisə

Tonlarla Azərbaycan meyvə-tərəvəzi Rusiyaya buraxılmadı

Bu ilin iyul ayının əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan istehsalı olan 83,2 ton pomidor və 36,9 ton şaftalını Rusiya Federasiyasının ərazisinə buraxmayıb. XəbərAl.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytında deyilir. Buna səbəb “Ümumrusiya Bitki Karantin Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının Dağıstan filialının laboratoriya rəyi olub.  Rəydə deyilir ki, məhsul […]

İdman

Azərbaycan UEFA reytinqində mövqeyini qaytarıb

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab oyununda 2:1 hesabı ilə qalib gəlib. XəbərAl.az-ın məlumatına görə, bu qələbə Azərbaycanın UEFA reytinqinə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 0,500-ə çatıb. Digər komandalarımız mübarizəyə başlamadığından bütün qazanc yalnız “Neftçi”nin payına düşür. Bakıdakı qələbə UEFA reytinqindəki mövqeyimizə də müsbət təsir edib. Son 5 […]

Müharibə

Ermənilər Şuşanı yenidən atəşə tutdu — RƏSMİ

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.