Sosial

Əli Əsədov Səhiyyə Nazirliyi ilə bağlı qərara DƏYİŞİKLİK ETDİ

Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. XəbərAl.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib. Kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.

Sosial

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq

Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. XəbərAl.az-ın məlumatına görə, qüvvədə olan qaydalara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyublar. Dəyişikliyə əsasən, iki dəfə şərti çıxarılıb. Beləliklə, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli […]

Hadisə

Bakı metrosunda relslərin üzərinə düşən gəncin adı məlum olub — YENİLƏNİB

Metronun “Ulduz” stansiyasında relslərin üzərinə düşən şəxsin kimliyi aydın olub. XəbərAl.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu 23 yaşlı Şahlar Həsənovdur. Onun relslərin üzərinə ehtiyatsızlıqdan və yaxud bilərəkdən yıxılması hələ dəqiqləşməyib. Yıxılan zaman gənc müxtəlif xəsarətlər alıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. Hadisədən sonra qatarların hərəkətində 11 dəqiqəlik […]

Sənaye və energetika

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu artırdı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci və 2022-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozlarını müvafiq olaraq 0,04 və 0,03 milyon barel artırıb. XəbərAl.az xəbər verir ki, bu barədə qurumun iyul ayı üzrə hesabatında bildirilir. Məlumata görə, hesabatda deyilir ki, Azərbaycanda maye karbohidrogen hasilatı növbəti illərdə müvafiq olaraq gündəlik […]

Müharibə

Ermənilər Kəlbəcəri də atəşə tutdu

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və […]

Araşdırma

Bayram Səfərovun 100 minlik avtomobili – VİDEO

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu bildirilən bahalı maşınının görüntüsü yayılıb.  XəbərAl.az xəbər verir ki,“Qaynarinfo”ya daxil olan görüntülərdə icra başçısının “Toyota Sequoia” markalı avtomobildən düşərək Şuşa Rayon İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur.  Məlumatlara görə, “Toyota Sequoia” markalı 10-OP-123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır.  Həmin maşının qiyməti 100 min […]

Cəmiyyət

Qəssablardan COVID-19 pasportu tələb ediləcək – RƏSMİ

“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib. O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir: “Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan […]

AKTUAL

Vüqar Rəhimzadə: Şəhid ailələrinə və qazilərə qayğı davamlı xarakter alıb

«Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının Binəqədi rayonunun  Xocasən qəsəbəsində  şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin  təqdim olunması mərasimində bir daha bəyan etmişdir ki, bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki,  biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu […]

Gündəm

“Ağ canavar”a DİN-də yeni vəzifə verildi

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova yeni vəzifə verilib. XəbərAl.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.  Əmrə əsasən, “Ağ canavar” ləqəbli Eduard Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində baş inspektor vəzifəsinə təyin edilib.