Region

Hikmət Hacıyev Şuşa səfəri ilə bağlı paylaşım etdi — FOTO

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb. XəbərAl.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib. “Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına […]

Ölkə

İstirahət günü 36 dərəcə isti olacaq

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

İdman

AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. XəbərAl.az-ın məlumatına görə, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək. Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk […]

Hadisə

Siyasi fəalın acı faciəsi: İki azyaşlı uşaqların və həyat yoldaşın maşın vurub

Bir zamanlar Azərbaycan deyəndə ilk növbədə insanların ağlında qeyrət, əxlaq, sosial durumundan asılı olmayaraq kişilik və yüksək insani münasibətlər canlanırdı. Amma zaman keçdikcə yüksək mənəvi dəyərlər zaman insanının ağlında kiçilərək maddi dünyanın əsarətinə düşdü və beləcə babalarımızdan bizlərə miras qalmış əxlaqi dəyərləri paran var əxlaqında var prinsipi əvəz etdi.  İki gün öncə Ceyranbatan qəsəbəsində qəsəbənin […]

Sosial

Təranə Paşayeva: İstənilən münasibətdə zaman-zaman enişli-yoxuşlu hallar yaşanır

İstənilən münasibətdə zaman-zaman enişli-yoxuşlu hallar yaşanır. Lakin düzgün yanaşma və düşüncə tərzi ilə yaranan problemi həll etmək mümkündür. Hər gün 10-15 dəqiqə vatxınızı qarşı tərəfi hansı xüsusiyyətlərinə görə sevdiyinizi düşünməyə ayırın. Bunun üçün qeyd olunan suallara cavab verə bilərsiniz- “Bu insanın hansı cəhətlərini bəyənirəm”, “Bizim münasibətimiz mənə nə verir?”, “Sevdiyim insan olmadan həyatım necə davam […]

Xarici siyasət

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib. Xarici İşlər Nazirliyi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib. “Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, -deyə paylaşımda bildirilir […]

Kriminal

Polis rəisinin özünü güllələyərək öldürməsi ilə bağlı cinayət işi açıldı

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. […]

Gündəm

Hikmət Hacıyev Türkiyə səfiri ilə Şuşada çörək kəsdi — VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib. Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib. Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir: “Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü […]