İncəsənət

Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərdi — FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib. XəbərAl.az xəbər verir ki, əklil mərhumun “Qurd qapısı” qəbiristanlığında məzarı üzərinə qoyulub. Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da 73 yaşında koronavirusdan dünyasını dəyişib.

Tədbirlər

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb. Bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.  Qeyd edək ki, “Nar” işğaldan azad […]

Dünya

Monqolustanın yeni Prezidenti o oldu

Hakim Monqol Xalq Partiyasının sədri, ölkənin sabiq Baş naziri Uhnaagiyn Hurelsuh ölkə prezidenti seçkilərində qalib gəlib. Bu barədə XəbərAl.az “Montsame” agentliyinə istinadən xəbər verir. Yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə saat 19:00-a) olan nəticələrə görə, namizədə 776 mindən çox seçici səs verib. Namizədliyi Sağçı Seçicilər Koalisiyasından irəli sürülən Böyük Dövlət Xuralının (parlamentin) sabiq deputatı […]

AKTUAL

Bu gün Elçin Ağamalının doğum günüdür

Bu gün Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri, ziyalı, siyasətçil, gözəl insan Elçin Ağamalının doğum günüdür. XəbərAl.az saytı olaraq dəyərli dostumuz Elçin müəllimi bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzu edirik. Elçin müəllim, Doğum Gününüz Mübarək! Sayqılarla,Anavətənçilər XəbərAl.az

Cəmiyyət

AVRO-2020 üçün Azərbaycana gələnlərin nəzərinə

Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. DMX-dən verilən məlumata görə, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə, 2021-ci il iyulun 5-dək […]

Mədəniyyət

Arif Babayev təcili Türkiyəyə aparıldı

Xalq artisti Arif Babayev səhhətində yaranan problemlə əlaqədar təcili Türkiyəyə aparılıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb. O bildirib ki, xanəndə həkimlərin məsləhəti ilə Türkiyəyə aparılıb. Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib.

Cəmiyyət

Çimərliklər də açılır

Bu gündən çimərliklərin də fəaliyyətinə icazə verilir.  “XəbərAl.az” xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.  Qeyd edək ki, müvafiq qaydalara uyğun olaraq çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları və idman oyunu yerləri fəaliyyət göstərəcək.

Sosial

İbadət yerlərinin fəaliyyətinə icazə verilir

Bu gündən etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.  “XəbərAl.az” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, dini ibadət yerləri eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaqla işləyəcək.  Qeyd edilir ki, bu say ümumi olaraq 50 nəfərdən çox olmamalıdır.  Qafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ […]

Cəmiyyət

Bu gündən “Mall”lar açılır

Bu gündən başlayaraq iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir.  “XəbərAl.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.  Ticarət mərkəzləri də fəaliyyətini pandemiya şəraitinə uyğun təşkil edəcək. Burada da müvafiq tələblər tətbiq olunacaq. Bunlara maska, məsafə, dezinfeksiya tədbirləri daxildir.  Qeyd edək ki, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, […]