Təhsil

Hansı halda ənənəvi tədrisə qayıdacağıq? – Nazirdən açıqlama

“Biz ənənəvi tədrisə qayıtmağın tərəfdarıyıq”. “XəbərAl.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib. Nazir bildirib ki, bu məsələdə əhalinin bir milyona qədərinin vaksinasiyadan keçməsinə güvənirlər: “Gündəlik vaksinasiya sayları kifayət qədər yüksəkdir. İnanırıq ki, tələbələrimiz də bu prosesə qoşulsalar, yaş qrupundan asılı olaraq faiz təhsilalan və təhsilverən […]

Cəmiyyət

Məktəblərdə “Son zəng” keçiriləcək

“Bu il məktəblərdə “Son zəng” tədbirləri təşkil olunacaq”. “XəbərAl.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib. Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib: “Cavab müsbətdir. Müəyyən sadə şərtlər daxilində “Son zəng” tədbirləri təşkil olunacaq”. Nazir əlavə edib ki, tədbirlərlə bağlı sabah […]

Hərbi

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirə bilər

Bu gün Bakıda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri, o […]

Hadisə

DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, istintaq nəticəsində […]

Sosial

İnternet provayderləri ilə bağlı qərarda dəyişiklik

Nazirlər Kabineti internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydasında dəyişiklik edib. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərar internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib. Qərarın qəbul edilməsi […]

MARAQLI

İlin ilk Günəş tutulması başa çatdı – Video

İlin ilk Günəş tutulması başlayıb. “XəbərAl.az” xəbər verir ki, Günəş tutulması bu gün saat 12:12:15-də başlayıb və 17:11:16-da bitəcək. Tutulmanın həlqəvi fazası Rusiya, Qrenlandiya və Şimali Kanadanın bəzi hissələrində, qismən tutulma isə Avropanın, Asiyanın, Şimali və Qərbi Afrikanın, Şimali Amerikanın, Atlantik Okeanının və Arktikanın əksər hissəsində müşahidə edilir. Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq. […]

Siyasət

Vüqar Rəhimzadə: “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həm də ölkəmizin iqtisadi gücünün təqdimatıdır

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  Zəfər tariximizi  yazdıqdan sonra   ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı. Cənab İlham Əliyev bu fikri xüsusi diqqətə çatdırdı ki, azad edilmiş ərazilərimiz  ən yüksək səviyyədə, müasir texnologiyalar əsasında  bərpa ediləcək, soydaşlarımız üçün  gözəl şərait yaradılacaq.  […]

Region

ISESCO-nun keçmiş baş direktoru II Qareginin Xankəndiyə səfərini pislədi – Bəyanat

ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfərini və onun intiqam şüarlarını səsləndirməsini pisləyən bəyanat yayıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya məlumat verilib. Bəyanatda qeyd edilir ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni […]

Ölkə

Sabahdan hava pisləşir – Xəbərdarlıq

İyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-si səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilir ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv […]

Xarici siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin müavinləri görüşdü – Foto

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Yavuz Selim Kıran arasında görüş olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Yavuz Selim Kıran öz tvitter hesabında məlumat verib. “Ölkəmizdə qonaq olan Azərbaycan xarici işlər nazirinin müavini, əziz dostum Xələf Xələfovla işgüzar naharda bir araya gəldik. Hər zaman Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Birlik harada, […]