Cəmiyyət

İyunun 1-də “Solver” Təhsil, Psixologiya və Korreksiya Mərkəzinin karantin qaydalarına uyğun olaraq açılışı olub-Foto

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə təsadüf edən açılış mərasimində Mərkəzin təsisçiləri, müəllimlər, ziyalılar, valideynlər və uşaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “EDU Company” Təhsil Şirkətinin və “Solver” Təhsil Psixologiya və Korreksiya mərkəzinin təsisçisi və baş direktoru Samir Əzizov “Solver” barədə ətraflı məlumat verib. Natiq qeyd edib ki, Mərkəz məktəbəqədər hazırlıq, ibtidai sinif hazırlığı, xarici […]

Xarici siyasət

Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr […]

Ölkə

Rayonlara yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə […]

Şou-Biznes

“Məni Polad Bülbüloğlu tapşırmışdı“ — Mətanət İsgəndərli

“Çox dəhşətli günlər idi. Məni xəstəxanaya aparanda gömgöy göyərmişdim. Nəfəsim çatmırdı, süni nəfəs aparatına qoşdular”.  XəbərAl.az xəbər verir ki, bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında koronadan sağalan əməkdar artist Mətanət İsgəndərli deyib. O xəstəliklə mübarizə apardığı günlərdən danışıb: “Süni nəfəsi qəbul edə bilmirdim, hər dəqiqə çıxardıb atırdım. O vəziyyətdə razı idim ki, əlimi, ayağımı kəssinlər, təki […]

Dünya

Ərdoğan – Bayden görüşünün tarixi və yeri açıqlandı

ABŞ prezidenti Co Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk görüşünün vaxtı və yeri açıqlanıb. “Anadolu” agentliyinin məlumatına görə, Ağ Evdən iki ölkə liderlərinin NATO zirvə toplantısı çərçivəsində Brüsseldə görüşəcəyi bildirilib. Həmçinin, iyunun 14-də dövlət başçıları arasındakı keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunub. XəbərAl.az

AKTUAL

Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı və Çinin strateji tərəfdaşıdır

Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada  mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Bunu təkcə iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər bir daha təsdiq […]

Cəmiyyət

Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə uğurla davam etdirilir Artıq iki ilə yaxın bir müddətdir ki, bütün dünyanı öz cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. COVİD-19 pandemiyası qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələrinin sosial-iqtisadi sahədə inkişafına öz mənfi təsirini göstərdi. Pandemiyanın yayıldığı ilk günlərdən başlayaraq dövlətimiz tərəfindən  vaxtında aparılan qabaqlayıcı tədbirlər ölkəmizin çətin […]

Xarici siyasət

İlham Əliyev İsrailin yeni Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Hersoq, İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı […]

Müharibə

Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi — FOTOLAR

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi aşkar edilmişdir. Bu barədə Caliber.Az-a hərbi dairələrdəki mənbələrdən məlumat verilib. Qurğular mərmiləri birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb. Aydındır ki, çaxnaşma içində geri çəkilən Ermənistan ordusu “Bayraktar”ın hədəfinə çevrilməmək üçün […]