Dünya

“Ərdoğanla Əliyevin “3+3” mexanizmi ilə bağlı təklifinə müsbət yanaşırıq”

“Biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək”. “XəbərAl.az” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O, Türkiyə Prezidenti Rəcəb […]

Sosial

Qurban bayramı günlərində marşrut avtobusları və metro işləyəcək

Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli qərarına əsasən, Qurban bayramı bu il iyulun 20-si və 21-də qeyd olunacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi […]

Xarici siyasət

Çavuşoğlu ilə Lavrov Qarabağdakı vəziyyəti müzakirə etdilər

“Qarabağdakı vəziyyət bu gün regionla bağlı müzakirələrimizin mövzularından biri olub”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Suriya, Liviya və Əfqanıstandakı vəziyyət də müzakirə olunub: “Məqsədimiz bütün bu ölkələrdə sabitliyin, dincliyin və sülhün daimi olmasıdır”.

AKTUAL

Azərbaycan təbii qazı öz vətəndaşına 25, Türkiyə və Gürcüstana 22-23, İrana 6,5 qəpiyə satır — RƏSMİ

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kub metr həcmində təbii qaz satıb. Gömrük Komitəsinin açıqladığı məlumatlara əsasən, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min dollar olub.Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 145 dollar və […]

Hərbi

Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra etdi

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib. XəbərAl.az

Sənaye və energetika

Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edildi

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub. XəbərAl.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib. Qərar sabahdan qüvvəyə minir.

Şou-Biznes

Tanınmış müğənni sükan arxasında görün nə etdi — VİDEO

Günay İbrahimli avtomobil idarə edərkən qaydaları kobud şəkildə pozub. Üstəlik bunu sosial şəbəkədə paylaşaraq izləyicilərinə də pis örnək olub.  XəbərAl.az xəbər verir ki, müğənni Günay İbrahimli yeni mahnısını izləyicilərinə nümayiş etdirmək üçün sükan arxasına əyləşib. Avtomobil hərəkətdə olarkən müğənni əllərini demək olar ki, çox az halda sükandan tutub. Fikri yoldan çox telefonda olan müğənni ən önəmlisi […]

Region

BQXK Qarabağdakı missiyasına maliyyəni artırdı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağdakı missiyasına ayrılan maliyyəni bu il 5 dəfə artıraraq 50 milyon avroya çatdırıb. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində BQXK prezidenti Peter Maurer bildirib. “Əvvəllər büdcəmiz 10-11 milyon avro olubsa, hazırda 50 milyon avroya yaxınlaşırıq və regiondakı mövcudluğumuzu da xeyli artırmışıq. Məcburi köçkünlərə, doğma yurd-yuvalarına qayıdanlara kömək edirik. […]

AKTUAL

Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul etdi

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. XəbərAl.az quruma istinadən xəbər verir ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin […]