Cəmiyyət

Naxçıvana gedənlərdən koronavirusla bağlı arayış tələb olunmayacaq

İyun ayının 1-dən etibarən hava yolu ilə Naxçıvana səfər edən şəxslərdən COVID-19 virusunun neqativ nəticələri barədə arayış tələb olunmayacaq. Bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, bu, TƏBİB-in qərarıdır. Məsələyə TƏBİB-dən də münasibət almaq istədik, lakin qurumdan rəsmi sorğu göndərməyimiz tələb olundu. Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyini də almaq istədik, lakin zənglərimiz cavabsız qaldı. […]

Müharibə

SON DƏQİQƏ! Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA ələ keçirildi — FOTO

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. XəbərAl.az

Siyasət

İlham Əliyevdən inkişaf etmiş ölkələrə və donor təşkilatlarına ÇAĞIRIŞ

“Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları […]

Gündəm

Prezident: “Karantin rejimi tədricən yumşaldılıb”

“Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır”. XəbərAl.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib. “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və […]

Təhsil

Məktəblər yenidən distant təhsilə keçdi

“Formula-1” Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: “Distant tədris iyunun 8-dək davam edəcək”. XəbərAl.az

Siyasət

Prezident Azərbaycanda pandemiya ilə mübarizədən danışdı

“İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim”. XəbərAl.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham […]

Xarici siyasət

İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxış etdi

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. XəbərAl.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın […]

Xarici siyasət

XİN ATƏT-in Minsk qrupunun həmsədrlərinə cavab verdi

“Həmsədrlərin bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. ATƏT-in Minsk qrupunun […]

Xarici siyasət

Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək. Bu barədə “Son Dakika” xəbər verib. Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək. Brüssel sammitindən sonra isə o, iyunun 14-16-da Bakıda səfərdə olacaq. XəbərAl.az

Bölgə

Ağdam və Tərtər rayonlarında 20 ədəd subartezian quyusu qazılacaq — SİYAHI

Prezident İlham Əliyev “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə […]