Xarici siyasət

Prezident Türkiyəyə və Ərdoğana təşəkkür etdi

“Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi”.  XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bu siyasi və mənəvi […]

Hərbi

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. XəbərAl.az xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət […]

Sosial

Bu gündən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək

Bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. XəbərAl.az xəbər verir kii, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, […]

Asiya

Bu gündən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək mümkündür

Ötən ilin dekabrın 10-da Bakıda imzalanan, Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı olaraq Türkiyə və Azərbaycana şəxsiyyət vəsiqələri ilə səyahətlərini təmin edən protokol bu gündən qüvvəyə minir. XəbərAl.az xəbər verir ki, sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək. Şəxsiyyət […]