Hərbi

Səlçuk Bayraktar PUA təlimlərini bitirən azərbaycanlılarla bir arada – Fotolar

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar təlimlərini “Baykar” Müdafiə Uçuş Təlimləri Mərkəzində tamamlayaraq, məzun olan azərbaycanlı PUA heyəti ilə görüşüb. “XəbərAl.az” xəbər verir ki, o, bununla bağlı tvitter hesabında paylaşım edib. “Qarabağ Tək Vətən Hərəkatı xatirəsinə hazırladığımız nişanları onlara təqdim etdik”, – S.Bayraktar bildirib. O, heyətə türk paxlavası paylamağı da unutmayıb. XəbərAl.az

Sənaye və energetika

Azərbaycan gündəlik neft hasilatını 25 min barel artıracaq

“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib. Energetika Nazirliyindən verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min […]

İqtisadiyyat

Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələri müzakirə edilir

Türkiyənin ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələri müzakirə edilir. XəbərAl.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında yazıb. “Ölkələrimiz arasında çoxşaxəli biznes əməkdaşlığını daha da genişləndirmək niyyətindəyik”, – nazir qeyd edib. XəbərAl.az

İncəsənət

Flora Kərimova: “Mənim İlham Əliyevin qarşısında söz deməyə ixtiyarım yoxdur”

“Şuşa işğaldan azad olandan bəri mənim sevinc göz yaşlarım dayanmayıb. Mütləq gedəcəyəm, gözləyirəm…” XəbərAl.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. O, icazə verilən kimi Şuşaya ilk yollananlardan biri olacağını bildirib: “Vətəndaşlara işğaldan azad olunan yerlərə getməyə icazə verilən kimi, görəcəksiniz ki, mənim səsim Şuşadan gəlir.Tək qarabağlıların yox, Azərbaycanın bütün bölgələrindən insanlar həmin […]

Gündəm

İlham Əliyev peyvəndlərin ədalətsiz bölüşdürülməsini ÜST-nin Baş direktorunun diqqətinə çatdırdı

Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını bəyan edib. XəbərAl.az-ın xəbərinə görə, dövlət başçısı bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı bildirib. Dövləti başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox […]

Region

Şəhid İsmətin doğum günüdür

Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən Müharibəsi iştirakçısı, əziz balamız İsmət İmanovun aprelin ikisi ad günüdür. İsmət İmanov 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır. Ağsu rayon Ərəbmehdibəy kəd tam orta məktəbinin məzunudur. Mən onun Hərbi müəllimi olmuşam. Ürəyi Vətən sevgisi ilə Vətən eşqi ilə döyünürdü onun. Hər bir kəsə can yandırırdı. […]

Sosial

Deputat Rüfət Quliyevin siqaret monopoliyasının sonu

Xəbəral.az xəbər verir ki, Azərbaycanda Milli Məclisdə təmsil olunan deputatların bəzilərinin biznes fəaliyyəti ilə məşğul olması faktı yəqin ki, bir çox oxucuya məlumdur. Hətta bu deputatlardan bəziləri dövlət əhəmiyyətli sahələrdə monopoliya yaradacaq qədər irəli getməyə nail olub. Halbuki, mövcud qanunvericilikdə millət vəkili olan bu şəxslərin biznes fəaliyyəti ilə məşğul olmaları qadağan edilib. Bu dəfə haqqında […]

Hərbi

Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılıb: Qubadlı Hərbi Prokurorluğu; Kəlbəcər Hərbi Prokurorluğu; Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu. Nazirlər Kabineti: – Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq […]

Təhsil

Aprelin 5-dən Bakı başda olmaqla bu rayonlarda məktəblər bağlanır – Rəsmi

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik […]

Cəmiyyət

Nazirlikdən bağçalarla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb.  Nazirlikdən verilən məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir. Qeyd edək ki, sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris […]