Asiya

Ərdoğan: “Gəlin, 100-cü ilimizə yeni konstitusiya ilə daxil olaq”

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçirilib. “Haber Global”ın məlumatına görə, toplantıdan sonra media mənsublarına açıqlama verən dövlət başçısı bir sıra yeniliklərin anonsunu edib. 28 fevral və 27 may dövlət çevrilişlərindən danışan Ərdoğan belə hallara bir daha yol verməmək üçün Türkiyə Respublikasının öz 100 illiyinə yeni konstitusiya ilə daxil olmasının vacibliyini vurğulayıb. […]

Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir

“Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Mətbuat konfransında işğalçı Ermənistana və  dünyaya ünvanlanan mesajlar  bugünümüz üçün son dərəcə vacib məsələlərin aydın mənzərəsini yaratdı.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” […]

İncəsənət

Afaq Bəşirqızının səhhətində problem yarandı

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.  XəbərAl.az xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb: “Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. […]

İdman

AFFA dörd klubu 800 manat cərimələdi

AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XVII turunun oyunları ilə əlaqədar qərarlar qəbul olunub. XəbərAl.az-ın məlumatına görə, “Qəbələ”, “Sabah”, “Keşlə” və “Neftçi”yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib. Qeyd edək ki, “Sumqayıt”la ev matçında “Qəbələ”nin 6, “Sabah” – “Keşlə” matçında hər iki komandanın, “Zirə” ilə səfər oyununda […]

Mədəniyyət

Dövlət Xidməti ilə TİKA arasında memorandum imzalandı – Fotolar

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. XəbərAl.az xəbər verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan […]

MDB

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

Rusiya Qarabağ məğlubiyyətindən sonra Ermənistana hərbi yardımı intesivləşdirib. XəbərAl.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi yükdaşımalar əhəmiyyətli dərəcədə artıb. Ötən gün axşam Rusiyanın Rostov-na-Donu şəhərindən Yerevana İL-76 hərbi nəqliyyat təyyarəsi eniş edib. Ümumilikdə, son 2 gündə Rusiya Hərbi Kosmik Qüvvələri Yerevana 6 reys həyata keçiriblər. Həmin reyslərin 5-i İl-76, 1-i isə AN-124 təyyarəsi vasitəsilə […]

Dünya

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək. XəbərAl.az-ın Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi təlimlər 2-31 mart Qətərdə icra ediləcək. Məlumatda qeyd olunur ki, təlimin məqsədi Qətər ilə Türkiyə Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və Qətər Silahlı Qüvvələrinin hərbi potensialının artırılmasına töhfə verməkdir. Təlimlərdə Türk-Qətər Birləşmiş Birgə Güc Komandanlığı, 1 Mexanikləşdirilmiş […]

Ölkə

Sabah qar yağacaq – 3-8 dərəcə şaxta olacaq

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. […]

Cəmiyyət

XALQIMIZ YENİLMƏZ, CƏSUR XALQDIR

Bu tarixi günlərdə hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan, hamımızın sevimli rəhbəri cənab İlham Əliyevin istər işğaldan azad olunmuş rayonlara, istərsə də digər bölgələrə səfərləri, bu səfərlər zamanı söylədiyi parlaq nitqlər vətəndaş olaraq bizləri vəcdə gətirir. Bir daha açıq-aydın görürük ki, haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan hökmən […]