Siyasət

Deputat:”Qazilərimiz və veteranlarımız status almaq üçün Bakıya niyə gəlməlidir?”

“1994-cü ildə bizə 3 il vaxt lazım oldu ki, qazilər və veteranlarla bağlı problemi həll edək. Hesab edirəm ki, qazilərimiz, veteranlarımızla bağlı məsələnin həllinə diqqət artırılmalıdır. Rayonlarda yaşayan qazi və veteranların Bakıya gəlməsinə niyə ehtiyac olsun?”XəbərAl.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib. T. Kərimli əlavə edib ki, rayonlarda müvafiq […]

Kriminal

“Dedi ki, klinikanı Ramiz Mehdiyev alacaq”

Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında […]

Siyasət

İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx […]

AKTUAL

Kəskin hava şəraiti ilə bağlı Xəzər dənizi akvatoriyasında təhlükəsizlik tədbirləri gücləndirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir. Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, […]

İqtisadiyyat

Azərbaycan-Türkiyə ortaq investisiyalı 4 müəssisə yaradır

“Bu ilin fevralın 18-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb”. XəbərAl.az […]

Xarici siyasət

Ceyhun Bayramovun Türkiyəyə səfəri başladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb. XəbərAl.az xəbər verir ki, nazir səfər çərçivəsində Ankarada Türk Şurasının baş katibi Bağdad Əmrəyevlə görüşüb. Tərəflər görüş zamanı Türk Şurasının mövcud fəaliyyət proqramındakı müxtəlif mövzularla yanaşı beynəlxalq və regional gündəmdəki məsələlər haqqında fikir mübadiləsi aparıblar. C.Bayramov və B.Əmrəyev martın sonunda Türkistanda təşkil edilməsi planlaşdırılan Türk Şurasının […]

Siyasət

“Hər şey məhv olub” – İlham Əliyev

“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib”. XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib. O, bildirib ki, indi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə ərazilərin yenidən qurulmasına, bərpasına.  “Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir […]

İdman

Bu klub fantastik məbləğdə cərimələndi: 700 min avro ödəyəcək

Fransa Futbol Federasiyası PSJ-ni 700 min avro məbləğində cərimələyib. XəbərAl.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun aylarında idman avadanlıqları aldığı firmaya ödənişi gecikdirdiyi üçün bu cəzaya məruz qalıb. Klubun açıqlamasında isə cəzaya etiraz edildiyi, ancaq qəbul olunmadığını bildirib. Qeyd edək ki, Fransada ödənişləri gecikdirən firma, qurum və şirkətlər 375 min – […]

Gündəm

“Ermənilər ölülərdən də intiqam almaq istəyiblər” – Hikmət Hacıyev

“Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər”. XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Bu vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, – o bildirib. 

Siyasət

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağılığı verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib: XəbərAl.az-ın məlumatına görə, başsağılığında deyilir: “Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. […]