AKTUAL

Təhsil naziri türkiyəli həmkarı ilə müzakirələr apardı

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir. Təhsil Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub. Günün ikinci yarısında təhsil naziri Emin […]

Şou-Biznes

Xatuna ağır itki – Fotolar

“Stilist Balaş” adı ilə məşhurlaşan Balağa Əliyev dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, stilistin ölümü haqda həmkarı Samiraldo sosial şəbəkə hesabında məlumat verib. Onun ölüm səbəbi bəlli deyil. Qeyd edək ki, Balaş müğənni Xatun Əliyevanın qardaşı idi. O, bacıları Xatun və Oliviyanın rəhbərlik etdiyi studiyada çalışırdı.

Xarici siyasət

Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib, Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi […]

Sosial

Qazla bağlı mühüm xəbər: Martın 1-dən etibarən… – RƏSMİ

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm […]

Xarici siyasət

Ceyhun Bayramovdan İtaliya səfirinin öldürülməsi ilə bağlı paylaşım – Foto

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasionun öldürülməsinə münasibət bildirib. XəbərAl.az xəbər verir ki, nazir “Twitter” hesabında səfirin öldürülməsindən kədərlənməsi ilə bağlı paylaşım edib. Qeyd edək ki, italiyalı səfir Konqoda BMT konvoyuna edilən hücum nəticəsində öldürülüb.

Təhsil

Təhsil Nazirliyində şöbə müdirinin müavini işdən çıxdı

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə işdən çıxıb. XəbərAl.az xəbər verir ki, bu barədə M.Camalzadə özü məlumat yayıb. O bildirib ki, fevralın 22-dən etibarən Təhsil Nazirliyi sistemində və dövlət qulluğundakı fəaliyyətini yekunlaşdırıb: “İşdən ayrılma barədə qərarımı anlayışla qarşıladığı üçün Nazirliyin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Uzun illər birlikdə çalışdığım dəyərli kollektivimizə və təhsil […]

Bölgə

Tərtərdə mülki şəxs minaya düşdü

Tərtərdə mülki şəxs minaya düşüb. XəbərAl.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hadisə

20 Yanvar dairəsinə yaxın ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub. XəbərAl.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin […]

Dünya

8 martdan etibarən məktəblər açılacaq

İngiltərədə koronavirus qadağalarının yumşaldılması çərçivəsində məktəblərin 8 martdan etibarən açılacağı bildirilib. XəbərAl.az xəbər verir ki, bu barədə İngiltərənin Peyvənd naziri Nadhim Zahavi açıqlama verib. O, martın 29-dan etibarən 2 ailə və ya 6 əfərlik qrupların çöldə görüşə biləcəyini deyib: “Hədəf ilkin olaraq  uşaqlar, sonra məktəblər, daha sonra iki nəfərlik qrupların çöldə görüşməsi və bəlkə bir […]