MDB

ABŞ-da şaxtalı hava 30 nəfərin həyatına son qoydu

Qar, buz, yağış və dondurucu soyuqlar ABŞ-ı cənginə alıb. XəbərAl.az xəbər verir ki, kəskin hava şəraiti ölkənin Kanada sərhədlərindən Meksikayadək müşahidə olunur. Hava şəraiti 170 milyon insanın həyatına təsir edib, işıq və istilik problemindən əziyyət çəkməsinə səbəb olub. 30-dək şəxsin dondurucu hava səbəbindən həyatını itirdiyi bildirilir.  Məlumata görə, havanın kəskinləşməsindən ən çox əziyyət çəkən ştat […]

Siyasət

Prezidentdən Nəriman Həsənzadə ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.