Gündəm Manşetüstü

Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb. Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə […]

Xarici siyasət

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək. XəbərAl.az xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək. D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək. Qeyd edək ki, bu […]

Bölgə

“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb. Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin […]

Siyasət

Vüqar Rəhimzadə: AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı

“Bu gün yaşlı və orta nəslin nümayəndələri bədnam AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəni bərbad vəziyyətə saldığını yaxşı xatırlayırlar. Bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox dərəcəsində idi. Silahlı Qüvvələrin döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir  vaxtda  arxa cəbhədə vəzifə davası aparılır, […]

MARAQLI

Alimlər Antarktika buz şelfinin altında qeyri-adi canlılar aşkar etdilər – FOTO/VİDEO

Böyük Britaniyadan olan elm adamları Antarktikada buz şelfinin altında dəniz dibində süngərə bənzəyən naməlum canlılar aşkar ediblər. “İzvestiya”nın məlumatına görə, bu barədə “Frontiers in Marine Science” xəbər yayıb. Canlılar Filxner Buz Şelfində kəşfiyyat qazma işləri zamanı tapılıb. Son tapıntıya qədər Antarktika sahillərində bentik həyat formalarının olmadığına inanılırdı. Alimlər üzən buzlaqların altında tam qaranlıqda yaşayan balıq, qurd, […]

İdman

150 km/saat sürətlə hərəkət edərkən yıxıldı, amma…

Fransalı dağ-xizəkçisi Maksens Muzaton saatda 150 km sürətlə hərəkət edərkən idarəetməni itirərək yıxılıb, ancaq tez özünü ələ alaraq yoluna davam edib. Bununla bağlı görüntünü “Life Shot” “Telegram” kanalı yayımlayıb. Bildirilir ki, maraqlı görüntülər İtaliyanın Kortina d-Ampezzo şəhərində keçirilən Dünya Çempionatındandır. Videodan görünür ki, sürət yığan 30 yaşlı idmançı xizəklərin öhdəsindən gələ bilmir və yan tərəfə yıxılır. Lakin […]

Siyasət

Prezident Qanunu təsdiq etdi

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. XəbərAl.az-ın məlumatına görə, qanuna əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək. Bu […]

Asiya

“Hansı hinə girirlərsə girsinlər orada tapıb gəbərdəcəyik“ – Ərdoğan

“Alçaq bir terror təşkilatı ilə mübarizə aparırıq. Son hadisə Türkiyənin PKK ilə mübarizə üçün İraqın şimalında və Suriyada apardığı əməliyyatların nə qədərə önəmli olduğunu bir daha sübut etdi”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “PKK-ya PKK-a, terrora terror, qətliama qətliam deyə bilməyən, beyinlərindəki alçaq oyunları, qurduqları xain tələləri, çevirdikləri fırıldaqları […]

Təhsil

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.  Təhsil Nazirliyindən verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu […]