Region

Mehriban Əliyeva Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıldan paylaşım etdi — VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. XəbərAl.az xəbər verir ki, birinci xanım Mehriban Əliyeva özünün instaqram hesabında səfərlə bağlı bunları paylaşıb: “Əziz həmvətənlər! İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə […]

Bölgə

Azərbaycanda araq içən şəxs görmə qabiliyyətini itirdi

Goranboy rayonunda 42 yaşlı kişi spirtli içki qəbul etdikdən sonra görmə qabiliyyətini itirib. XəbərAl.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Rəşad Fazili adlı şəxs spirtli içki qəbul edib və bir neçə saat sonra onun gözlərində problem yaranıb və görmə qabiliyyətini itirib. Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilən 42 yaşlı şəxsin müalicəsi davam edir.

Maqazin

“Röyadan qisasımı aldım” – Flora Kərimova

“Çox illər əvvəl o mənim  qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım”. XəbərAl.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “Atv maqazin onlarla” verilişinə müsahibəsi zamanı deyib. Müğənni Röya Ayxana qarşı artıq incikliyi qalmadığını bildirib: “Röyanın ürəyi var. Bilirsiniz o mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, […]

Dünya

Sabiq prezident vəfat etdi

Argentinanın eks-prezidenti Karlos Menem dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib. Məlumata görə, o, 90 yaşında vəfat edib. Menem ötən ilin dekabrında xəstəxanaya yerləşdirilmişdi. Sabiq dövlət başçısı sidik sistemi infeksiyasından əziyyət çəkirdi. Argentinada Menemi “böyük transformasiyanın atası” adlandırırdılar. O, prezident postunda özəlləşdirmə və maliyyə sabitləşməsi kimi bazar islahatlarını keçirib, inflyasiyanın azalmasına […]

Hərbi

Sülhməramlılar Qarabağda növbəti dəfə hərbi təlim keçdilər – Foto

Qarabağdakı Rusiya sülhməramlı qüvvələri növbəti dəfə hərbi təlim keçiblər. XəbərAl.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 50-yə yaxın hərbçinin cəlb edildiyi təlim Ağdərədə baş tutub. Təlimdə minaatanlardan və pulemytolardan istifadə olunub. Qeyd edək ki, Rusiya sülhməramlıları sonuncu dəfə fevralın 3-də Qarabağda hərbi təlim keçmişdilər.

Xarici siyasət

Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı verdi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin Sədri İraqın Kara bölgəsində 13 nəfər mülki Türkiyə vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini […]

Tədbirlər

“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” ictimaiyyətə təqdim olundu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində fərdi kateqoriya üzrə qaıib olmuş Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb litseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızının rəhbəri olduğu “Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” layihəsinin icra planına əsasən 14.02.2021-ci il 11:00 tarixdə sosial çarxın növbəti təqdimatı keçirilmişdir. Təqdimat “Zoom” proqramı ilə Samux […]