Gündəm

Kəmaləddin Heydərovun həyat yoldaşı tenderi uddu – Dövlət qurumu ona 97 min manat ödəyəcək

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub. XəbərAl.az bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir. Mərkəz ofis yerinin icarəsi üçün tender elan edib və açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün […]

Araşdırma

Azərbaycanda hakimlərin illik gəlirləri nə qədərdir? – ARAŞDIRMA

Azərbaycanda hakimlərin maaşları və gəlirləri hər zaman müzakirə mövzusu olub. Bəzi şəxslər korrupsiya hüquq-pozmalarının qarşısını almaq üçün hakimlərin maaşlarının artırılmalı olduğunu desə də, bunun əleyhinə çıxanlar da var. Bəs görəsən, Azərbaycanda hakimlərin aylıq və illlik gəlirləri nə qədərdir? E-huquq.az bununla bağlı araşdırma aparıb. Əvvəlcə qeyd edək ki, 2019-cu ilin iyulunda Prezident İlham Əliyev “Məhkəmələr və […]

İdman

Azərbaycan millisi Avropa çempionatı üçün heyəti açıqladı

Ağır atletika üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. XəbərAl.az-ın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışın ilkin iştirak ərizəsinə 8 idmançı daxil edib. Mərziyyə Məhərrəmova (49 kq), Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Günel Vəliyeva (64 kq) və  Elnurə Abbasova (71 kq) qadınların yarışında […]

Dünya

Təyyarə qəzası 7 can aldı

Paraqvayda təyyarə qəzası baş verib. XəbərAl.az xəbər verir ki,  hadisə nəticəsində hərbi  təyyarədə olan 7 nəfər həyatını itirib. Ağır yaralanan 19 yaşlı şəxs isə xəstəxanaya yerləşdirilib. Qəzanın hansı səbəblə baş verdiyi hələ ki açıqlanmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Region

Xocalı aerportu ilə bağlı yeni xəbər – “Sülhməramlılar…”

Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır. XəbərAl.az Ermənistanın “Hetq.am” saytına istinadən xəbər verir ki, aeroport modernləşdirilərək sahəsi genişləndirilib. Bundan savayı, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastuktur da yaradılıb. Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə verilməsinə çalışır. Bununla bağlı üçtərəfli danışıqların davam etdirildiyi bildirilir.  

Media

Baş nazirdən MEDİA ilə bağlı SƏRƏNCAM

Baş nazir Əli Əsədov “”Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncama əsasən, baş nazir İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verib. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi […]

Hüquq

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi – RƏSMİ

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. Bərdə rayon prokurorluğundan verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş […]

Kriminal

Bərdə rayon məhkəməsinin vəzifəli şəxsi həbs edildi

Bərdə rayon məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş materiallar üzrə aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. XəbərAl.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aparılan istintaq-əməliyyat […]

Sosial

Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi – Video

Vətən Müharibəsi qazisi Əzim Qafarov Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib. XəbərAl.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir. Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı […]

AKTUAL

Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Məşhur tibb jurnalı “The Lancet” Azərbaycanın Çindən aldığı “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib. XəbərAl.az-ın jurnala istinadən verdiyi xəbərə görə, məqalədə vaksinin əhəmiyyəti, onun pasiyentlər üzərində aparılan uğurlu sınaqları haqqında qeydlər yer alıb. Məqalədə deyilir ki, “CoronoVac” vaksininə COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin çox […]