Sosial

İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? – VİDEO

“Öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib. “Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. […]

Cəmiyyət

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə yeni rəhbər təyin olunub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Tağı Tağızadə “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib. Tağı Tağızadə daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]

Xarici siyasət

Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü keçirildi

Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib. XəbərAl.az xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata əsasən, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında baş tutan görüş ölkələr arasındakı strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində keçib. […]

Gündəm manset

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin bahalı maşınları və mülklərinin siyahısı – VİDEO

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə məxsus olan mülklərin və bahalı avtomobillərin siyahısı yayımlanıb. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, keçmiş deputatın keçmiş qayınanasının iddiaları və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 85 min manat məbləğində cərimələnən Hacıbəyli müxtəlif media resurslarına açıqlama verərək məişət məsələsinə görə hakimiyyəti ittiham edib və bildirib ki, hakimiyyətin məqsədi […]

Asiya

Ərdoğan: “2023-cü ildə Aya eniş edəcəyik”

Ankarada Miili Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi keçirilib. Mərasimə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Dövlət başçısı çıxışında bildirib ki, bu gün əsrlər boyu yer üzündə ədaləti, əxlaqı və sülhü təmsil edən türk mədəniyətinin səma yoluna qapısı açılır. “İlk yerli və milli peykimiz İmecenin inteqrasiya işləri tamamlanıb, hazırda sınaqlar […]

Müsahibə

Fəzail Ağamalı: 570-dən çox aztəminatlı ailəyə yardımlar etdik-Müsahibə

2020-ci ilin fevral ayının 9-da Milli Məclisə keçirilən növbədən kənar seçkilərdə 125 seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparıb. Fevralın 10-da Mərkəzi Seçki Komissiyası (MSK) altıncı çağırış Milli Məclisə seçkilərdə 125 dairə üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb. Onlardan biri də 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilən Fəzail Ağamalıdır. XəbərAl.az Fəzail Ağamalı ilə müsahibəni təqdim […]

Media

“Space”in yeni rəhbəri kim olacaq? – Sevil Əliyeva Azərbaycana gəlir

“Space” TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur. Hazırda bir çox şəxsin – “Space” TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir. “Space” TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya […]

Xarici siyasət

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşdü – Fotolar

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton ilə görüşü keçirilib. XəbərAl.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Vendi Mortonu səmimi salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı səviyyəsini məmnunluqla qeyd edib. Nazir Ceyhun Bayramov […]

Xarici siyasət

Azərbaycanla Böyük Britaniya arasında Memorandum imzalandı

Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb. XəbərAl.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər […]