Xarici siyasət

Ərdoğan və Merkel arasında görüş keçirildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Haber Global”ın Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş videokonfrans formatında təşkl edilib. Görüşdə Almaniya ilə Türkiyə arasındakı əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə – Avropa İttifaqı əlaqələri müzakirə olunub. 

Media

Tarixi Ədalət Bərpa olundu- Mirismayıl yazır

Hər bir Azərbaycan vətəndaşının Prezidenti cənab İlham Əliyev Güclü iqtisadiyyatı, qüdrətli Ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə tariximizə yeni səhifə yazdı. Azərbaycan işğalçı Ermənistana böyük zərbə vuraraq, onun kimliyini dünyaya bir daha göstərmiş oldu. Bu qələbəni xalqımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanmış oldu. 44 günlük Vətən müharibəsi […]

Siyasət

Millət Vəkili Covid 19 virusuna qarşı peyvənd olundu

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı koronavirusa qarşı peyvənd olunub. XəbərAl.az-ın xəbərinə görə, deputat özünün feysbuk səhifəsində paylaşdığı videoda insanları COVİD-19 əleyhinə peyvənd olunmağa çağırıb: “Dəyərli soydaşlar, mən məmnuniyyətlə peyvənd olundum. Çəkinmədən, daha böyük rahatçılıqla. İstəyim budur ki, xəstələnməyin. Sizə də tövsiyə edirəm ki, çəkinməyin bu vaksin artıq bütün sınaqlardan keçib. Gəlin, […]

Dünya

Rusiya, İran və Çin birgə hərbi təlim keçirəcək

Fevralın ortalarında Rusiya, İran və Çin hərbi dəniz qüvvələrinin Hind okeanında növbəti hərbi təlimi keçiriləcək. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu plan barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildririb. Onun sözlərinə görə, təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək. Qeyd edək ki, 2019-cu il dekabrın sonunda Rusiya, İran və Çinin […]

Asiya

Çavuşoğlu Yaxın Şərq ölkələrinə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-dan 11-dək Küveyt, Oman və Qətərə səfər edəcək. XəbərAl.az xəbər verir ki, bbu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə qeyd olunub. Bildirilib ki, türkiyəli nazir səfər çərçivəsində hər üç ölkədən rəsmi şəxslərlə görüşəcək və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bundan başqa, bir sıra regional məsələlər də müzakirə […]

Sənaye və energetika

ABŞ tərəfdaş ölkələrin “enerji təhlükəsizliyi” mövzusunda yeni layihəyə başlayır: Siyahıda Azərbaycan da var

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) bir sıra tərəfdaş ölkələrdə “regional enerji təchizatı təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına” yönəlmiş proqram həyata keçirməyi planlaşdırır. RT xəbər verir ki, göstərilən məqsədlərə “Enerji aktivlərinin inkişafına investisiya” layihəsi çərçivəsində çatmaq nəzərdə tutulur. Enerji sektorunun istilik və enerji istehsalı müəssisələri, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələri, bərpa olunan enerji mənbələri, su təchizatı […]

Bölgə

Hacıqabulda zəlzələ oldu

Hacıqabul rayonunda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkanlar hiss olunmayıb.

Secme Xeberler

Maşın bazarı 1 illik aradan sonra açıldı — Qiymətlər necədir? — VİDEO

Avtomobil çox, alıcı isə azdır. Paytaxtın avtomobil bazarı bir illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. XəbərAl.az Xəzər TV-yə istinadən xəbər verir ki, maşın bazarında son illərdə ilk dəfə belə qələbəlilik müşahidə edilib. Sanki hər kəs bazarın açılmasını gözləyirmiş. Ötən il bazarda Almaniya istehsalı avtomobillər çox olsa da, bu il Amerika və Koreya avtomobilləri üstünlük təşkil […]

Şou-Biznes

400 minlik toyla gündəmə gələn cütlük yenidən barışdı

Bir müddət əvvəl ikinci həyat yoldaşında boşanma xəbəri ilə gündəmə gələn Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova yenidən onunla barışıb. XəbərAl.az xəbər verir ki, Aysel həyat yoldaşı Oqtay Əhmədovdan rəsmi şəkildə boşansa da cütlük yenidən barışmağa qərar verib. O, İnstaqram hesabında həyat yoldaşı ilə olan fotosunu paylaşıb. Blogger fotoya “O qədər dediniz […]