Ölkə

Hava ilə bağlı xəbərdarlıq – Güclü külək başlayır

Azərbaycanda fevralın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz […]

Region

Hikmət Hacıyev xarici diplomatlarla Cəbrayılda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. XəbərAl.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib. H.Hacıyev bildirib ki, […]

Kriminal

Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardından keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da istintaqa çağırılması xəbəri yayılıb. Eyni komandanın nazirləri olmuş Məmmədovla Müslümov vəzifədə olduğu dönəmdə də daim mətbuatın diqqət mərkəzində olublar. Böyük talançılıqlarda adları çəkilib. Bu gün Ziya Məmmədov evində, Səlim Müslümov isə “içəri”də oturub. Maraqlıdır ki, o, istintaqa çağırılması ilə […]

Siyasət

Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa getdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir. XəbərAl.az xəbər verir ki, o bu barədə öz Tvitter hesabında məlumat verib. “Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad […]

Asiya

Ərdoğan azərbaycanlı professora vəzifə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara vəzifə verib. XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresun Universitetinin sabiq rektoru Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib. Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya […]

İncəsənət

Dünyaca məşhur aktyor 91 yaşında vəfat etdi

“Xoşbəxt Günlər” filmindəki Polkovnik Von Trapp rolu ilə yadda qalan məşhur kanadalı aktyor Kristofer Plammer 91 yaşında vəfat edib. XəbərAl.az xəbər verir ki, Plammer 2012-ci ildə “Beginners” filmindəki roluna görə Ən Yaxşı Köməkçi Aktyor Oskarına layiq görülüb, 2010-cu ildə “The Last Station” və 2018-ci ildə “All the Money in the World” filmləriylə Oskara namizəd göstərilib. O, […]

İqtisadiyyat

52 milyon manat məmurlar tərəfindən mənimsənilib

“Dövlət büdcəsi xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biridir”.  XəbərAl.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Samir Şərifov rəhbərlik etdiyi qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib. O, Nazirliyin struktur bölmələrinə […]

İdman

AFFA Ukraynada oynayan məşhur hücumçunu milliyə gətirmək istəyir

“Minay” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. XəbərAl.az xəbər verir ki, Ukraynanın Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında I liqada çıxış edən “Veres”lə üz-üzə gəlib. Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Minay”ın heyətində qollardan 3-nü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. 25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələdə fərqlənib. Oyunda son nöqtəni […]

Mədəniyyət

“Tarzan“ öldü

1960-cı illərdə “Tarzan” obrazı ilə məşhurlaşan aktyor Mayk Henri 84 yaşında vəfat edib. XəbərAl.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor ABŞ-ın Milli Futbol Liqasında oynayarkən yaralanıb və bundan sonra onda parkinson da daxil olmaqla, bir çox xəstəliklər əmələ gəlib. Mayk Henri “The Longest Yard”, “Soylent Green”, “Rio Lobo and The Green Berets” kimi filmlərdə […]

MARAQLI

Bu qadınla sevgili olana 134000 manat veriləcək-Bir şərti VAR

İngiltərənin ən gənc milyonçusu Ceyn Park özünə qəribə üsulla sevgili axtarır.XəbərAl.az Publika.az-a istinadən xəbər verir ki, 23 yaşlı milyonçu onunla sevgili olan şəxsə ildə 60 000 funt-sterlinq (134 min manat) verəcəyini açıqlayıb.Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu həqiqətən sevəcək kişiyə sərvətindən pay verməyə hazır olduğunu deyib. “Deyli Mirror” qəzetinə müsahibə verən 23 yaşlı […]