“Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır”. XəbərAl.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır: “Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi […]
Day: Fevral 25, 2021
3000 sakindən Prezidentə müraciət: “”Azərsu” bizi qeydiyyata almır, ödədiyimiz pullar hara gedir?” — VİDEO
Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin 650 mənzil sahibi Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. XəbərAl.az “yeniavaz.com”a istinadən xəbər verir ki, 3000-dən çox sakin uzun müddətdir yaşayış kompleksində içməli su sisteminin düzgün qurulmamasından, su sayğaclarının “Azərsu” ASC-yə təhvil verilməməsindən, su rezervuarlarının təmiz saxlanılmamasından, “İlin Dörd Fəsli” MMC-nin qanunsuz əməllərindən, qanunsuz komendantlığının istədiyi vaxt suyu kəsməsindən şikayətçidilər. Sakinlər […]
Mağazalarda polietilen torbalar vətəndaşlara pulla veriləcək — QƏRAR
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. XəbərAl.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, […]
Azad edilmiş ərazilərdəki xüsusi nümayəndələrə dövlət qulluqçusu statusu veriləcək
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. XəbərAl.az xəbər verir ki, iclasın gündəliyinə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi salınıb. Müzakirələr zamanı bildirlib ki, qanun layihəsində inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir. Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi […]
Türkiyə-Rusiya Monitorinq Mərkəzi Qarabağda atəşkəs pozuntusu qeydə alıb? – Açıqlama
Türkiyə Müdafiə Nazirliyi öz rəsmi saytında Qarabağda qurulan Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinə dair yeni məlumat dərc edib. Məlumat nazirliyin “Twitter” səhifəsində də paylaşılıb. XəbərAl.az xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, Qarabağda atəşkəsə riayət olunması üçün qurulan Türkiyə-Rusiya ortaq mərkəzi fəaliyyətinə davam edir. Ermənistan işğalından azad edilən Qarabağın Ağdam rayonunda fəaliyyət göstərən mərkəzdə pilotsuz uçuş aparatları […]
Lavrov Ayvazyanla Qarabağla bağlı razılaşmaları müzakirə etdi
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin icrasını, habelə 30 yanvar 2021-ci ildə Moskvada üç ölkənin […]
Pensiya artımı bu şəxsləri əhatə edəcək – Rəsmi
“Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 %-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir”. XəbərAl.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, artım 2021-ci […]
Xankəndidə Azərbaycan bayrağı… – Ermənilər şokda
Xankəndidəki “dövlət binaları”na Azərbaycan bayraqları asılacaq. XəbərAl.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Məlumatda Xankəndidə Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin “müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib. Bu, Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub. Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu […]