Gündəm

Rəşid Mahmudov koronavirusa yoluxdu

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub. XəbərAl.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, dosentin Covid-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir. R.Mahmudov açıqlamasında xəbəri təsdiqləyib: “Bir neçə gün öncə test verdim.Koronavirusa yoluxdum məlum oldu.Hazırda evdə müalicə alıram. Hələ ki, səhhətim normaldır”.