İdman

İdmançımız İbrahim Cəbizadənin bu gün doğum günüdür. FOTO/VİDEO

Şoko Azərbaycan karate növü üzrə idmanın tarixinə öz layiqli imzasını atan İbrahim Cəbizadənin bu gün 15 yaşı tamam olur. XəbərAl.az olaraq öz adımızdan, idman sevərlər adından az yaşlı igidimizi təbrik edirik.Şəxsi həyatında, idman arenasında bitib-tükənməz uğurlar arzular diləyirik. Hər zaman üç rəngli bayrağımızı yarış meydanlarında zirvələrə qaldırmaqla öz izini qoymaqda davam edən gəncimizə daima güc-qüvvət arzulayırıq. […]

Hadisə

Qobustanda vulkan püskürdü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub. Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla […]

Asiya

Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.   XəbərAl.az xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq. Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə […]

Gündəm

Əli Həsənov Vüqar Səfərlinin həbsi barədə danışmaqdan imtina etdi

“Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur”. XəbərAl.az xəbər verir ki, bunu “AzPolitika.info”-ya Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib. Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş […]

Gündəm

Koronavirusa yoluxmuş Rəşid Mahmudovun səhhəti ilə bağlı xəbər

Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun koronavirusa yoluxması ilə bağlı xəbər vermişdik. XəbərAl.az xəbər verir ki, bu gün sosial şəbəkələrdəki bəzi səhifələr Rəşid Mahmudovun səhhətinin pisləşdiyi barədə xəbər yayıblar. Lakin ailəsi bunu təkzib edib. Rəşid müəllimin səhhətinin yaxşı olduğu və müalicəsini davam etdirdiyi bildirilib.

Bölgə

Gediş haqqını 40 qəpik etdilər – Video

Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb. XəbərAl.az xəbər verir ki, Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb. Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən […]

Ölkə

Havada toz dumanı müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yanvarın 14-də cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub. Xidmətdən bildirilib ki, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 […]

Gündəm

Vüqar Səfərlinin sürücüsü də tutuldu

Bu gün Baş Prokurorluq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF)-nim keşmiş icraçı direktoru Vüqar Səfərlinin və onunla əlbir olan “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məmmədovun həbs olunması ilə bağlı xəbər yayıb. XəbərAl.az xəbər verir ki, bu istintaq işi üzrə Vüqar Səfərlinin sürücüsü Güləhmədov da saxlanılıb. Xəbərin dəqiqləşdirilməsinə çalışırıq və onu […]

Hüquq

Vüqar Səfərli 14 ilədək azadlıqdan məhrum edilə bilər

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. XəbərAl.az xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb. V.Səfərliyə qarşı irəli sürülmüş ittihama əsasən, onu 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Qanunvericiliyinə əsasən, cinayətlərin […]

AKTUAL

Azərbaycanla Türkiyə arasında daha bir sahədə müqavilə imzalandı – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC, Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) və “Aktif Bank” arasında müqavilələr imzalanıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Məlumata görə, sənədlər ödəniş ötürmə sistemi üzrə, eləcə də “Azərpoçt” və PTT arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsini nəzərdə […]