Müharibə

Erməni hərbiçilər Xankəndi, Xocavənd və Xocalıdan tamamilə çıxarılır – Müdafiə Nazirliyindəki gizli mənbə

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir. XəbərAl.az xəbər verir ki, bu barədə “Medaport” teleqram kanalı yazıb. Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib: “8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”. Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda […]

Hərbi

Azərbaycanın 3 şəhərində Türkiyənin hərbi bazaları yaradılır? – Müdafiə Nazirliyindən AÇIQLAMA

Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib. XəbərAl.az xəbər verir ki, MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.  “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi […]

Siyasət

İlham Əliyev Moskvada Nikol Paşinyana 8 tələb irəli sürəcək… – ŞOK DETALLAR

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də görüşün gözlənildiyi məlumdur. Hələlik bu görüşün baş tutacağı rəsmən təsdiqlənməyib və elan edilməyib, bununla belə Rusiya tərəfinin vasitəçiliyi ilə üçtərəfli danışıqlara hazırlıqların getdiyi müşahidə olunmaqdadır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan […]

Cəmiyyət

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN […]

Xarici siyasət

Ermənistan XİN: “Azərbaycan vətəndaşları ölkəmizə gələ bilər” – VİDEO

Azərbaycanlıların Ermənistana səfər etməsi üçün viza sistemi ləğv olunub. Bununla bağlı Ermənistan XİN saytında dəyişiklik edilib. Bəs bu xəbər reallığı nə dərəcədə əks etdirir? Məsələ ilə bağlı Baku TV reportaj hazırlayıb. Süjetdə politoloqların məsələ ilə bağlı fikirləri, eyni zamanda Azəbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın açıqlamaları yer alıb.

Siyasət

Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT-nin sənədi kimi yayılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin […]

Siyasət

Azərbaycan və Ermənistan arasında vizadan azad etmədən danışmaq əsassızdır – RƏSMİ

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycan və Ermənistan arasında viza məsələsinə aydınlıq gətirib. XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir: “Qeyd etmək istərdik ki, […]

Ölkə

Qışda şaxtalı günlərin sayı azalıb – AÇIQLAMA

“Son onilliklərdə iqlimdə istiləşmə gedir. Bu istiləşmə ölkə ərazisində qeyri-bərabər paylanır ”. XəbərAl.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı kəskin şəkildə azalıb: “Bəzi bölgələrdə illik temperatur […]

İdman

Bakıdakı Dünya Kuboku ləğv olundu

Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub. XəbərAl.az-ın əldə etdiyi məlumata görə, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir. Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb. Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi […]

Cəmiyyət

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər – FOTO/VİDEO

Ermənistan XİN-in rəsmi saytında edilmiş dəyişiklik geniş müzakirə mövzusuna çevrilib. Belə ki, XİN-in rəsmi saytında vətəndaşlarının Ermənistana vizasız səyahətinə icazə verilən ölkələr arasında Azərbaycan da yer alıb. Saytda Azərbaycan vətəndaşları üçün viza müraciəti etmək istədikdə “Ermənistan Respublikasına səfər zamanı seçilən ölkənin vətəndaşlarına bütün pasport növləri üzrə vizasız rejim fəaliyyət göstərir” qeydi ortaya çıxır. Ermənistan XİN-in […]