AKTUAL

Müdafiə Nazirliyindən hərbi forma geyinən mülki şəxslərə XƏBƏRDARLIQ

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur. Bu barədə Müdafiə Naziriyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi […]

Siyasət

Azərbaycanın Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları…

Hüquq mühafizə fəaliyyəti xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla hüquqi təsir tədbirlərinin tətbiqi vasitəsilə həyata keçirilən və hüququ mühafızə etmək məqsədi güdən dövlət fəaliyyətidir. Bununla yanaşı, hüquq mühafizə orqanları və xüsusi xidmət orqanları qanunvericilikdə nəzərdə tutulan vəzifələrinə, funksiyalarına və həll etdikləri məsələlərin məzmununa görə digər icra hakimiyyəti orqanlarından köklü şəkildə […]

Maqazin

“Avroviziya-2021” üçün mahnı qəbulu elan edildi

“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb. İTV-nin mətbuat xidmətindən verilən məlumata görə, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər. Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair […]

İqtisadiyyat

Azərbaycana üç ölkədən bəzi ət məhsullarının gətirilməsi qadağan olundu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb. AQTA-dan verilən məlumata görə, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, […]

Siyasət

Prezident: “Laçın-Kəlbəcər bölgəsində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır”

Mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək.  Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham […]

Cəmiyyət

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində güclü külək əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcək.  Yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, əsasən dağlıq ərazilərdə isə arabir 23-28 m/s-dək […]

İqtisadiyyat

Şuşaya dəmir yolu da çəkiləcək

“İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Orada həm ənənəvi, həm bərpaolunan enerji növləri geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək”. XəbərAl.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib. Dəmir yolları ilə bağlı […]

Xarici siyasət

Paşinyana görə Moskvadan Yerevana xüsusi briqada gəldi

Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub. XəbərAl.az xəbər verir ki, Moskvada vacib danışıqlarda iştirak edəcək Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək. Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Rusiyadan gələn həkimlər onu da müayinə edəcək. Görüşdə Naxçıvan dəhlizi ilə bağlı […]

Gündəm

“Elə bil it damıdır, bunlar nə gündə yaşayıblar…” – Prezident Şurnuxdan danışdı

“Kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir […]

Sosial

“8 Noyabr” stansiyası istismara hazırlanır – Fotolar

Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası isə istismara hazırlanır. Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildiriblər. Əsas inşaat işləri yekunlaşdırılmış stansiyada son tamamlama tədbirləri yerinə yetirilir. Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə […]