Bölgə

Füzuli aeroportu belə olacaq – FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman Füzulidə beynəlxalq aeroportun tikilməsi ilə bağlı göstəriş verdiyini deyib. XəbərAl.az xəbər verir ki, ölkə başçısının bu çıxışından sonra sosial şəbəkələrdə aeroportun eskizi yayılıb. Fotoda göründüyü kimi liman açıq kitab formasında dizayn edilib. Həmin […]

Siyasət

Prezident İlham Əliyev Şuşada məscidin özbaşına təmirinə görə İranı tənqid edib

“Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?! Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, […]

Sosial

Azərbaycan xüsusi dronlar alır – RƏSMİ

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır. XəbərAl.az xəbər verir ki, bu barədə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov məlumat verib. Yaxın günlərdə ölkəmizə mexaniki “Bojena” maşınları, eləcə də xüsusi dronlar – pilotsuz uçan aparatlar gətiriləcək. “Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir […]

Siyasət

Əliyevlə Paşinyan yanvarın 11-də Moskvada görüşür: “İnsanların yatdığı vaxt erməni ictimaiyyətinə…”

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər. Virtualaz.org bildirir ki, bu barədə “İnferfaks”a diplomatik mənbədən məlumat verilib. “Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, – diplomatik mənbə bildirib. Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri […]

Media

Azərbaycanda media ilə bağlı yeni qanun qəbul olunacaq

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.  XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır. Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. […]

Xarici siyasət

Rusiya Qarabağla bağlı səhvi düzəltdi – Fotolar

Bu gün, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib. XəbərAl.az xəbər verir ki, başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf-“NKR” (yəni “dqr”) şəklində verilib. Lakin bir müddətdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki […]