Bölgə

Ermənistan öz hərbi qüvvələrini Qarabağdan geri çəkir

Zaman-zaman qondarma rejimin və Rusiya sülhməramlı qüvvələrinin hərəkətləri və açıqlamaları Azərbaycanda cəmiyyəti qıcıqlandırır. Əslində belə açıqlama və hərəkətlərin qəzəblə qarşılanması normaldır. Bir çox hallarda bunlar heysiyyatımıza toxunur. Amma baş verənlərin pərdəarxasını gözdən keçirəndə başqa mənzərə görünür. Bir neçə gün əvvəl qondarma rejimin başçısı Araik Arutyunyanın “təmas xətti”nə gəlməsi və orada səngər qazdırması barədə reportajlar yayımlanmışdı. […]

Siyasət

“Mehri dəhlizi açılır, Azərbaycana yeni status verilir”

“Azərbaycan bu ildən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. TAP boru-kəməri vasitəsilə Avropaya ilk qaz nəqli baş tutub. Bu, Azərbaycanın enerji sahəsi üzərindən Avropa ilə əməkdaşlığını genişləndirəcək və ölkəmizə siyasi dəstəyi artıracaq”. XəbərAl.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TAP-la ildə 10 milyard […]

Ölkə

Sabah Bakıda səkkiz dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə […]

Müharibə

Misir portalı: “Ermənistan Azərbaycana vurduğu maddi zərərə görə hüquqi məsuliyyət daşıyır”

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və bu ərazilərdə mülki obyektləri, infrastrukturu və tarixi-mədəni abidələri dağıdan Ermənistanın hüquqi məsuliyyətinə dair məqalə dərc edilib. XəbərAl.az xəbər verir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edərək təcavüzkar dövləti cəzalandırdığı diqqətə çatdırılır. Vurğulanır […]

Gündəm

Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”. “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib. “Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa […]

İncəsənət

Bəstəkar Nailə Mirməmmədli vəfat etdi – VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.  59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər.  Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu. Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. 

İdman

“Neftçi” yayda aldığı futbolçunu icarəyə göndərdi – RƏSMİ

“Neftçi” PFK futbolçu Cabir Əmirlini icarəyə verib. Klubun rəsmi saytında gedən xəbərə görə, 23 yaşlı müdafiəçi mövsümün sonunadək “Sumqayıt”da çıxış edəcək. Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm cəmi beş oyunda meydana çıxıb. Onun “Keşlə”dən transferi “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun istəyilə olmuşdu.

Mədəniyyət

Mahnılarda qalan ömür – VİDEO

Məlum olduğu kimi, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli bu gün vəfat edib. Baku TV 59 yaşında dünyasını dəyişmiş Nailə Mirməmmədlinin yaşadığı evə baş çəkib. Yaxınları şəkər xəstəsi olan, ürək tutmasından dünyasını dəyişmiş mərhumə ilə bağlı fikirlərini bildiriblər. Xalq artisti, müğənni Röya Ayxan bildirib ki, N.Mirməmmədli şəhid general Polad Həşimov üçün bəstələnən mahnıda […]