Xarici siyasət

Ərdoğan Türkiyənin Azərbaycan və Liviyadakı uğurlarından danışdı

“2020-ci il bütün dünyada olduğu kimi, bizim üçün də çox ağır bir il oldu. Amma bu çətinliklərə baxmayaraq, xalqımıza xidmət siyasətindən bir an geri çəkilmədik”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya ilə Elazığ arasında yeni salınan Kömürxan körpüsünün açılışında bu fikirləri bildirib. Ərdoğan deyib ki, 2020-ci ildə Türkiyə Azərbaycanda və Liviyda […]

Gündəm

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə polkovnik-leytenant […]

Şou-Biznes

Röyadan şəhidlərə hörmətsizlik-VİDEO

XəbərAl.az xəbər verir ki, əslən Ağdamlı olanxalq artisti Röya yeni il günü eyvanında fişəng ataraq poz verib. Videonu ATV kanalının Kəmalə Piriyeva şəxsi instaqram səhifəsində paylaşıb. Sonra addımının səhv olduğunu anlayan teleaparıcı videonu silsə də görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd edilib və böyük səhifələrdə paylaşılıb. Videonu sizə təqdim etməzdən öncə qeyd edək ki, Röya […]

Müharibə

Rusiya sülhməramlısından növbəti təxribatçı addım – Video

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib. XəbərAl.az xəbər verir ki, bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib. Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib: “Biz ona görə burdayıq ki, […]

Cəmiyyət

Azərbaycan xalqı Yeni ilin ilk günü Şəhidlər xiyabanına axışdı – FOTO

Azərbaycan xalqı 2021-ci ilin ilk gün Ermənistanın işğalı altında olan əraziləri qaytarmaq üçün müharibədə həyatlarını qurban verən əsgərlərin dəfn edildiyi Şəhidlər xiyabanına gediblər. Bu barədə Türkiyənin “Anadolu” agentliyinin hazırladığı reportajda qeyd olunur. 2020-ci ildə 44 günlük müharibədə həyatı bahasına ölkəni qoruyan və qazanılan zəfərdə 30 illik işğalın sona çatmasına böyük töhfə verən şəhidlər Yeni ilin ilk […]

Xarici siyasət

Ərdoğan türkdilli ölkələrin liderlərini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında telefon danışığı baş tutub. Bu barədə “Haber Global” məlumat yayıb. Söhbət zamanı liderlər arasında qarşılıqlı yeni il təbrikləri olub. Liderlərin telefon danışğında yeni ildə ikitərəfli […]

Xarici siyasət

Bolqarıstanın Baş naziri İlham Əliyevə zəng edib

Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. XəbərAl.az xəbər verir ki, Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm […]