Siyasət

Günay Ağamalı Şəhidimiz Arəstə Baxışovanın ocağını ziyarət etdi – FOTO

Vətən müharibəsində böyük rəşadət və igidlik göstərən oğullarımızla bərabər qadınlarımız da fədakarlıqlarını nümayiş etdirdilər.  İki fidan körpəsini anasının ümidinə qoyub oğullarımızla döyüş meydanında fədakarlıq göstərən yeganə qadın Şəhidimiz Arəstə Baxışovanın ocağını ziyarət etməyi özümüzə borc bildik. Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı

Ölkə

Yeni ilin ilk şənbəsinin havası: Şaxta, duman, külək…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın 2-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]

Siyasət

Prezident: “Ermənistanı beynəlxalq arenada ifşa etmək başlıca vəzifələrimizdən biri idi və buna nail olduq”

“Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur […]

Siyasət

İlham Əliyev: “2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq”

2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad edib. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bu fikirlər Prezident İlham Əliyevin müraciətində yer alıb. Otuz ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində aparılan danışıqların […]

Siyasət

Azərbaycan Prezidenti: “Xocalı həqiqətlərini, müharibə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq”

“Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər heç kim danışmırdı. Sanki belə bir cinayət, soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, […]

AKTUAL

Dubaydakı məşhur “Bürc-Xəlifə” Azərbaycan bayrağının rənglərinə boyandı – VİDEO

Birləşmiş Ərəb Əmirliklərindəki ən hündür tikili Azərbaycan bayrağının rənglərinə boyanıb. Ötən gecə Dubaydakı məşhur “Bürc-Xəlifə” binasının üzərində Azərbaycan dilində “Yeni iliniz mübarək” yazısı qeyd olunub. Binanın üzərində üçrəngli Azərbaycan bayrağı işıqlarla əksini tapıb. 

Hərbi

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başladı

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır. Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 22-də Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil […]

Ölkə

Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edildi

Bu gündən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. XəbərAl.az  xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib. Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün […]

İqtisadiyyat

Bu gündən Azərbaycana gətiriləcək vaksinlər vergidən azad olunur

Bu gündən koronavirusa (COVID-19) qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı iki il müddətinə ƏDV-dən azad olunur. XəbərAl.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib. Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirusa (COVID-19) qarşı vaksinlərin və həmin vaksinlər […]

Sosial

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

Bu aydan etibarən işçilərin əməkhaqlarından tutulmağa başlanılacaq. XəbərAl.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən, 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi həcmində, 8 000 manatdan […]