Region

Hikmət Hacıyevdən ermənilərin Ağdam və Laçından çıxarılacağı vaxtla bağlı AÇIQLAMA

“Bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan torpaqlarından ermənilərin mülki insanlarının, hərbçilərin çıxarılması davam etdirilir”. Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, 20 noyabrda Ağdam, dekabrın 1-də isə Laçından ermənilərin çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır: “Yalnız coğrafi relyefi çətin olduğu üçün Kəlbəcərlə bağlı […]

Müharibə

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir – RƏSMİ

“Mən tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılması ilə paralel olaraq Azərbaycan ordusunun hissələri və qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir”. Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib. Onun sözlərinə görə, Kəlbəcərə bitişik olan ərazilər minalardan təmizlənib: “Azərbaycan ordusu bu […]

Hərbi

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirildi – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. […]

Müharibə

Dağlıq Qarabağdakı sülhməramlılar hansı vəzifələri yerinə yetirəcək?

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. Bəyanata müvafiq olaraq, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilib və proses, onun səbəbləri hazırda geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə, təhrif edilir. […]

Ölkə

Sabahın havası: Şaxta, qar, duman…

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 767 […]

Hadisə

Bu əşyaların poçtla göndərilməsi qadağan olunur — SİYAHI

Azərbaycan Nazirlər Kabineti poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısına dəyişiklik edib. Qərara əsasən, radioaktiv maddələr; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar; əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; odlu silah və onun döyüş sursatlarının beynəlxalq […]

Bölgə

Gəncədə Kəlbəcərin işğaldan azad olunmasını atəşfəşanlıqla qeyd etdilər – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonu bu gün Azərbaycanın tam nəzarətinə keçir. Bu münasibətlə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncə şəhərində böyük sevinc yaşanıb. Belə ki, doğma vətənlərinin azad olunduğu rəsmiləşəndən sonra Kəlbəcər sakinləri bunu atəşfəşanlıqla […]

Siyasət

İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib

Noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xəbəral.az xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib. Tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər. Telefon söhbəti zamanı […]

İdman

AVRO-2020 yalnız Böyük Britaniyada keçirilə bilər

Futbol üzrə Avropa çempionatının (AVRO-2020) bütün matçları 2021-ci ilin yayında Böyük Britaniyada keçiriləcək. Bu barədə “Deyli Meyl” İngiltərə Futbol Assosiasiyası və UEFA-ya istinadən yazıb. Hazırkı durumda AVRO-2020 11 Avropa ölkəsinin 12 şəhərində keçirilməlidir. Bu şəhərlər arasında paytaxtımız Bakı da var. Koronavirus pandemiyasına görə, matçların bir ölkənin ərazisində keçirilməsi istisna olunmur. Böyük Britaniyanın paytaxtı London və […]