Dünya

Polşa Rusiyanı nüfuzuna xələl gətirməkdə günahlandırdı

Rusiya Polşanın nüfuzuna xələl gətirmək üçün informasiya sahəsində ona hücum etməyə çalışır. Bu barədə Polşanın xüsusi xidmət nazirinin koordinatorunun mətbuat katibi Stanislav Jarin “Cyber ​​Defence 24”ə müsahibəsində deyib. Onun iddiasına görə, Moskva Polşanı Avropada davamlı problemlər yaradan bir dövlət kimi təqdim etməyə çalışır. “Polşa üçün ən böyük təhlükə Rusiyanın Polşa, NATO və Qərbin imicində manipulyasiya […]

Şou-Biznes

Günel maska biznesinə başlayır

Müğənni Günel Zeynalova məkanların birində obyektivlərə tuş gəlib. Xəbəral.az xəbər verir ki, türkiyəli jurnalistlərin suallarını cavablandıran sənətçi Şuşa şəhərinin işğaldan azad olunmasına görə böyük sevinc hissi keçirdiyini bildirib.Zeynalova “Yaxın zamanlarda hərşey normala qayıdacaq. Azərbaycan xalqına böyük konsert verməyi planlaşdırıram” deyə, bildirib. Müğənni jurnalistlərə yeni layihəsi haqqında da açıqlama verib. O qeyd edib ki, bundan sonra maska istehsalına […]

Müharibə

Unitazları və ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar – VİDEO

Kəlbəcəri boşaldan ermənilər meşələrdə, yol kənarında ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. Bununla bağlı “Sputnik Armeniya” görüntü yayıb. Kəlbəcər yolunun böyük bir hissəsində erməni barbarlarının kəsilmiş ağacları yük, hətta minik maşınlarına yüklədiyi açıq şəkildə görünür. Qeyd edək ki, onlar Kəlbəcəri tərk edərkən evləri yandırır, daşınması mümkün olan bütün əşyaları, hətta unitazları və ölmüş şəxslərin […]

Xarici siyasət

Ceyhun Bayramov və Lavrov 10 noyabr bəyanatını müzakirə etdilər

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub. Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi məlumat yayıb. Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında […]

İqtisadiyyat

TAP kommersiya əməliyyatlarına başlayır – FOTO

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur. Bu barədə TAP konsorsiumu məlumat yayıb. Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji […]

Maqazin

“İrəvanı da geri qaytarmağın vaxtıdır” — Aybəniz Haşımova

“Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsiniz necə sevinirdim”   Bunu Əməkdar artist Aybəniz Haşımova deyib:   “Bundan böyük sevinc ola bilməz. Bu gün biz Şuşanı işğaldan azad etmişik, Şuşa özümüzə qayıdıb. Yatsaq, yuxumuza girməzdi ki, 30 ilə yaxın əsirlikdə olan Şuşa torpağımız ovucumuzun içində olacaq. Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsini […]

Dünya

Pentaqon bütün müharibələri dayandırmağa çağırdı

Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Kristofer Miller ABŞ-ın iştirakı olan bütün müharibələrə son qoymağın lazım olduğunu bildirib.   “The Hill” qəzeti bu barədə departamentin işçilərinə göndərilən memorandumun mətninə istinadən xəbər yayıb.   “Biz daim müharibə edən bir xalq deyilik, bu, tərəfdar olduğumuz hər şeyə və atalarımızın uğrunda mübarizə apardıqlarına ziddir. Bütün müharibələr sona çatmalıdır”, – […]

Gündəm

“Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib” — Hikmət Hacıyev

Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib.   Xəbəral.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.   Onun sözlərinə görə, ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib:   […]

AKTUAL

Azadlıq Meydanındakı “Formula-1” “pit-stop”u sökülür

Bakının Azadlıq Meydanındakı “Formula-1” avtoyarışının “pit-stop”u sökülür. Xəbəral.az-ın məlumatına görə, avadanlıqlar dövlət zərurəti ilə əlaqədar olaraq götürülür. 2021-ci ilin fevral ayında isə ərazidə yenidən “Formula-1” “pit-stop”u yerləşdiriləcək. Nəzərədə tutulduğu kimi, 2021-ci ilin iyun ayında “Formula-1” yarışının keçirilməsi planlaşdırılır.