Siyasət

Putin Mi-24 helikopterinin vurulması barədə: “İlham Əliyev günahkarların cəzalandırılacağına söz verdi”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya helikopterinin vurulması ilə bağlı hərtərəfli araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına söz verib. TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “Azərbaycan Prezidenti məni əmin etdi ki, başladılan cinayət işi çərçivəsində hərtərəfli araşdırma aparılacaq, günahkarlar cəzalandırılacaq”, – deyə V.Putin bildirib.

Cəmiyyət

Vətən müharibəsində yaralanmış əsgər xəstəxanadan çıxan kimi Uşaq Sığınacağına qurban payı aparıb – FOTO

Ayağından qəlpə yarası alan əsgərimiz xəstəxanadan çıxaraq sığınacağa baş çəkməyə gəldi. Bunu “Facebook”da Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova yazıb. M.Zeynalova bildirib ki, sığınacağa qurban payı gətirən əsgər hər kəsi, hətta uşaqları da kövrəldib: “Deyəcək bir söz var. Siz ölkənin xilaskarlarısınız, siz mərdliyin, insanlığın, mərhəmətin, vətən sevgisinin nə olduğunu bütün dünyaya göstərdiniz!”  

Dünya

Ərdoğan Baydeni seçkidə qələbə qazanması münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-rəsmi nəticələrə əsasən ABŞ-ın 46-cı prezidenti seçilən Co Baydeni təbrik edib. Bu barədə T24 məlumat yayıb. Ərdoğan “Cənab, seçilmiş prezident” ifadəsi ilə başladığı məktubda bu fikirlərə yer verib: “Seçki nəticələrinin dost və müttəfiq ABŞ xalqı üçün xeyirli olmasına ümid edirəm. Türkiyə – ABŞ münasibətləri köklü təmələ əsaslanan strateji bir mahiyyət […]

Siyasət

BMT-dən Qarabağla bağlı razılaşmaya münasibət

BMT Moskva, İrəvan və Bakı arasındakı razılaşmanı alqışlayır və bəyanatın şərtlərinin həyata keçirilməsində tərəflərə kömək etmək üçün hər şeyi edəcəkdir. “RİA Novosti”nin məlumatına görə, bu sözləri BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. “Biz etdiklərinə görə Rusiya hakimiyyətinə çox minnətdarıq”, – deyə S.Düjarrik bildirib. O, BMT Baş katibi Antonio Quterreşin əldə edilən razılaşma ilə əlaqədar […]

Cəmiyyət

“ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsini açılış mərasimi olmuşdur.

10.11.2020-ci il tarixində Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş “ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunmuşdur. Açılış mərasimini giriş sözü ilə layihənin rəhbəri Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-litseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızı giriş edərək ilk öncə tədbirin […]