Şou-Biznes

“Paşinyanın ağlı olsaydı öz millətinin əlində parça-parça olmazdı”

“Paşinyanın ağlı olsaydı öz millətinin əlində parça-parça olmazdı. Ölümünü asta-asta seçməzdi, gülləni çaxardı başına, vəssalam”. Bu sözləri Xalq artisti Flora Kərimova Qələbə münasibəti ilə bildirib.                    Xalq artisti daha sonra sevinc göz yaşları içərisində aşağıdakıları qeyd edib: “Əsrlərdir Azərbaycanı dünya öz fantaziyasına uyğun təsəvvür elədi. Bizim haqqımızda […]

Şou-Biznes

“Şuşanın müjdəsini eşidəndə yarım saat gözümün yaşı dayanmadı”

8 Noyabr 2020-ci il. Fəxrlə qeyd edirik ki, bu tarix Şuşanın işğaldan azad olunduğu gündür. Elə bil Şuşanın bəxtinə 8 rəqəmi yazılıb. Axı may ayının 8-i 1992-ci ildə işğal olunub. İndi o qara gün tarixin tozlu rəflərinə gömüldü. Bir də heç vaxt xatırlamayacağıq, mayın 8-i gələndə başımızı yerə salmayacağıq. İndi şuşalılar da xoşbəxtdir. Şuşadan olmayan […]

Maqazin

“Tezliklə Şuşaya gedəcəm” – Sinan Akçıl

Türkiyəli müğənni Sinan Akçıl ötən gün İstanbulun Nişantaşı səmtində görüntülənib. Xəbəral.az xəbər verir ki, sənətçi jurnalistlərə açıqlamasında Şuşaya gedəcəyini açıqlayıb. “Tezliklə Şuşaya gedəcəm və orada “Sən daima yaşa, Azərbaycan” mahnısını oxuyacam”, – deyə S.Akçıl bildirib. Qeyd edək ki, ifaçı sözügedən mahnını azərbaycanlı həmkarı Səidə Quliyeva ilə birlikdə ifa edərək klip çəkdirmişdi.

Siyasət

Elçin Ağamalı:Ali Baş Komandan nə etdiyini bilir, sosial şəbəkə qəhrəmtövsiyyə anlarının və fikirlərinə ehtiyac duymur

Bu gün atəşkəsin elan olunmasına və Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinə etiraz edənlər 5-6 il öncə Evrovision musiqi yarışmasına, Avropa oyunlarına, Nizami fondunun tədbirlərinə, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrə, Belorusiyaya qaz borcunun ödənilməsi üçün Azərbaycanın köməyinə və s. hökumətin qərar və layihələrinə etiraz edən  şəxslərdir. Arqument nədən ibarətdir? Filan yerə xərclənən pulu camaatın […]

Cəmiyyət

Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır – RƏSMİ

Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib. Onun sözlərinə görə, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar […]

Müharibə

“EU Reporter”: “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır”

Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır” adlı məqalə yayıb. Xəbəral.az xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə əlaqədar mətbuatda bu münaqişəyə dair çoxsaylı saxta xəbərlərin yayıldığı bildirilir. Yazıda bəzi Qərb KİV-lərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı […]

İdman

“Neftçi”nin baş məşqçisi istefa verdi

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər. Xəbəral.az-ın məlumatına görə, Sultanov və Məmmədov bununla bağlı “Neftçi” PFK-nın rəhbərliyinə müraciət ediblər. Onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. Qeyd edək ki, “Neftçi” Premyer Liqanın sonuncu turunda əzəli rəqibi “Qarabağ”a öz meydanında 0:6 hesabı ilə darmadağın […]

Şou-Biznes

Murad Arif əsgərlər üçün konsert vermək istəyir

Müğənni-bəstəkar Murad Arif hərbçilər üçün təşkil edilən konsert proqramlarında iştirak etmək istədiyini bildirib. Xəbəral.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat verən sənətçi bu tip konsertlər təşkil olunanda onu çağırmalarını xahiş edib: “Xahiş edirəm, hansı hərbi hissədə, hansı rayonda əsgərlərimiz, hərbçilərimiz üçün konsertlər, tədbirlər, görüşlər olsa çağırın. Ən ucqar yerdə olsun, hər həftə olsun, […]

Sənaye və energetika

2021-ci ildə Azərbaycan neft və kondensat istehsalını artıracaq

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnoz açıqlanıb. ABŞ-ın Enerji İnformasiya Agentliyinin məlumatına əsasən, noyabr ayının cari proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcmi orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır. ABŞ-ın Enerji İnformasiya Agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda gündəlik neft və kondensat istehsalatı orta hesabla 710 min […]