Xarici siyasət

Pekində binanın üzərində Azərbaycan bayrağı işıqlandırılıb – FOTO

Çinin paytaxtı Pekində binanın üzərinə Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb və “Qarabağ Azərbaycandır” şüarı yazılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında xəbər verib. O, paylaşımına həmin binanın görüntülərini əlavə edib.  

Siyasət

Siyasi partiyalar İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu təqdim edirik. “Cənab Ali Baş Komandan! Zati-alinizin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır. Heç şübhəsiz, bu, Sizin geniş dünyagörüşünüzün, siyasi uzaqgörənliyinizin, diplomatik bacarıqlarınızın, hərbi-strateji […]

Xarici siyasət

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib – FOTO

İngiltərənin paytaxtı Londonda soydaşlarımız Şuşanın işğaldan azad olunması şərəfinə aksiya keçiriblər. Bu barədə  Londonda yaşayan soydaşlarımız məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə bir sıra kəndlər və strateji yüksəkliklər azad edilib. Bu gün, noyabrın 8-də isə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun 28 ildən sonra Azərbaycanın mədəniyyət beşiyi olan […]

Xarici siyasət

Türkiyə MN: “Azərbaycanlı qardaşlarımız 28 il sonra “Xarıbülbül”ün ətrini duyacaq” – FOTO

Azərbaycanlı qardaşlarımız 28 il sonra Şuşadakı məşhur “Xarıbülbül” çiçəyinin açılışını izləyəcəklər, ətrini hiss edəcəklər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında etdiyi paylaşımda bildirib. “Qəhrəman Azərbaycan ordusu çox əhəmiyyətli Şuşa şəhərini işğaldan xilas etdi. Təbrik edirik”, – deyə bildirilən paylaşımda, bunun böyük xoşbəxtlik olduğunu vurğulayıb.

Cəmiyyət

Fəzail Ağamalı: “Sevincim tükənməzdir…”

Şuşa təcavüzdən, işğaldan, vandallıqdan, yırtıcılıqdan və 28 il 6 aylıq həbsdən azad edildi. Ali Baş Komandanımızın qətiyyətli iradəsi, sərkərdəlik istedadı və igid Silahlı Qüvvələrimizin qəhrəmanlığı xalqımızın mədəniyyət və mənəvi məbədgahını vətənə qaytardı. Ruhun şaddır Ulu Öndər, Ruhun Şaddır Azərbaycan Şəhidi! Gözün aydın Azərbaycan, Gözün aydın Ulu Xalqım,Gözün aydın Ali Baş Komandan, Möhtərəm, Cənab Prezident, Gözün […]

Xarici siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”

“Azərbaycanın mədəni paytaxtı qədim şəhər Şuşanın azadlığı mübarək və uğurlu olsun!” Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ordusunun Şuşa şəhərinin işğaldan azad etməsi münasibəti ilə yazdığı təbrikində bildirib. “Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan”, – deyə XİN rəhbəri bayraq günündə şanlı Azərbaycan bayrağının Şuşada dalğalanmasından sevincini ifadə edib.

Cəmiyyət

Azərbaycan xalqı Qələbə gününü qeyd edir! – CANLI YAYIM

Bu gün bütün Azərbaycan xalqı Şuşa zəfərini qeyd edir. Tarixə qızıl hərflərlə yazılacaq bu günü paytaxt sakinləri də coşquyla qarşılayıb. 28 ildən sonra azad olunan Şuşa şəhərinin şad xəbərini Ali Baş Komandan, Prezident İlham Əliyev açıqladıqdan dərhal sonra şəhər sakinləri küçələrə axışmağa başlayıb. Baku TV şəhər sakinlərinin zəfər sevincini canlı olaraq sizlərlə bölüşür.  

Siyasət

Prezident Şuşanın azad edilməsində qəhrəmanlıq göstərən general-leytenant Hikmət Mirzəyi təbrik etdi – FOTO

Prezident İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. Bununla bağlı Prezident “Twitter” hasabından paylaşım edib: “Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə […]

Siyasət

Hikmət Hacıyev Şuşanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi – FOTO

“Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan Şuşanın azad olunmasını Xalqımıza yaşatdığına görə sonsuz təşəkkürlər!!!”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb: “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin! Yaralı Əsgər və Zabitlərimiz şəfa tapsınıar!”