AKTUAL

Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı – FOTO

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub. Bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb. Qeyd olunub […]

Dünya

İzmir zəlzələsində ölənlərin sayı 39 nəfərə çatdı

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. Bu barədə “Haber Global” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb. Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.

AKTUAL

Azərbaycan Ordusu uğur qazandı – Ovannisyan

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bugünkü döyüşlərlə bağlı açıqlama yayıb. Xəbəral.az xəbər verir ki, Ovannisyanın açıqlamasında nəhayət, Azərbaycan Ordusunun uğurunu etiraf etməsi diqqət çəkib. O bildirib ki, bütün cəbhə xətti boyunca davam edən, amma o qədər də şiddətli olmayan döyüşlərdə Azərbaycan Ordusu “mərkəzi istiqamətdə” uğur qazanıb və mövqelər ələ keçirib. Qeyd edək ki, bu, […]

Kriminal

Masazırda 11 yaşlı uşaq bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Xəbəral.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb. Uşaq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Dünya

1 ay küçəyə çıxma qadağası, bütün ictimai məkanlar bağlanır – Avropa ölkəsi sərt karantinə girir

Yunanıstanda bütün ictimai məkanlar bağlanır. Xəbəral.az xəbər verir ki, çox sayda şəhərdə yeni tip koronavirusa yoluxmada qeydə alınan sürətli artım səbəbilə çərşənbə axşamından etibarən 1 ay müddətinə küçəyə çıxma qadağası tətbiq olunacaq. Baş nazir Kiriakos Miçotakis televiziyadan xalqa müraciətində ölkənin 2 kateqoriyalı risk parçalanmasına daxil olduğunu söyləyib. Bildirib ki, bu çərçivədə birinci bölgəyə daxil olan […]

İdman

Premyer Liqada favoritlərin uğurlu günü

İngiltərə Premyer Liqasında VII turun oyunları davam edir. Bu gün daha üç qarşılaşma baş tutub. Mövsümə istədiyi kimi start verə bilməyən “Mançester Siti” “Şeffild Yunayted” səfərindən bir qolluq qələbə ilə dönüb. Hələ heç bir oyunda qələbə sevinci yaşaya bilməmiş “Bernli” “Çelsi” önündə də həsrətini davam etdirib. “Mavilər” üç xalı üç cavabsız qolla əldə edib. Son […]